Ermənistan aclıq təhlükəsilə üz-üzə - TƏHLİL

Ermənistan aclıq təhlükəsilə üz-üzə - TƏHLİLQonşu ölkədə kənd təsərrüfatı elə vəziyyətə düşüb ki, artıq ölkənin ərzaq təhlükəsizliyinə ciddi təhdidlər var. Əgər yaxın iki il ərzində sözügedən sahədə ciddi islahatlar aparılmasa, erməni dövləti aclıq təhlükəsi ilə üzləşə bilər.

Ermənistan Statistika Komitəsinin rəqəmlərinə və dövlət strukturlarının açıqlamalarına əsasən, bu ölkədə kənd təsərrüfatı sahəsində tənəzzül sürətlə davam edir. Ötən il ümumi geriləmə 0.7 faiz təşkil edib. Rəsmilərin bu məsələ ilə bağlı etirafları sektordakı ciddi problemlərin hələ uzun müddət həll olunmayacağına bir işarədir. Ekspert və iqtisadçıların proqnozları da erməni dövlətində aqrar sektorda tənəzzülün ildən-ilə artacağı yönündədir. Məsələn, ötən ilin rəqəmlərinə görə, ölkədə kənd təsərrüfatı sektorunda istehsal 1.1 faiz azalma göstərib. 2022-ci ilin rəqəmlərinə də nəzər salsaq, istehsal və balıqçılıq sahələrində 2020-ci ilə nisbətən 3 faiz geriləmə olub. Meşə təsərrüfatı sahəsində isə bu rəqəm 25.9 faiz təşkil edib.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Dövlət proqramlarında korrupsiya və rüşvət

Hökumət tərəfindən reallaşdırılan proqramlar isə irimiqyaslı xarakter daşımır. Ümumiyyətlə, bu sahədə korrupsiya və rüşvət tüğyan edir. Cari ilin 31 yanvar tarixində Ermənistanın Milli Təhlükəsizlik Xidməti İqtisadiyyat Nazirliyində yoxlamalar aparıb. Nəticədə keçmiş nazir müavini Ani İspiryan və nazirliyin beş əməkdaşı həbs edilib. Onlar kənd təsərrüfatına dəstək proqramları ilə bağlı irimiqyaslı sui-istifadələrdə ittiham olunurlar. Son proseslər göstərir ki, bu proqramlar səmərəsiz olmaqla yanaşı, həm də korrupsiya elementlərini ehtiva edir.

Kəndlərdən miqrasiya və torpaqların deqradasiyası

Kəndlərdən miqrasiya və kənd təsərrüfatı torpaqlarının deqradasiyası Ermənistanda kənd təsərrüfatının əsas problemlərindən sayılır. Azsaylı əhalisi olan erməni dövlətində son illər miqrasiya çox ciddi problemə çevrilib. Regionlarda məmur özbaşınalığı, korrupsiya və monopoliya kimi problemlər əhalini sürətlə kəndləri boşalmağa vadar edir. Xüsusən də sərhədyanı kəndlərdə əhali problemi getdikcə daha da ciddiləşir. Müstəqil jurnalist və bloqerlərin araşdırmalarına görə, Ermənistanda kişilərin olmadığı kəndlər var. Qocaların və uşaqların yaşadığı, gənc və orta yaşlı nəslin kütləvi olaraq Rusiya və digər ölkələrə köç etdiyi kəndlər də mövcuddur. Bu isə aqrar sektora ciddi ziyan vurur.

Maşın-traktor parkı həddən artıq köhnəlib

Aqrar sektorun problemləri sırasına maşın-traktor parkının həddən artıq köhnəlməsi, mütəxəssis çatışmazlığı, kənd sakinləri üçün kredit və lizinq proqramlarının əlçatmazlığı kimi faktorları da əlavə etmək lazımdır. Erməni fermerlərin əksəriyyəti kreditlər, faizlər və gündən-günə artan borclarla yüklənir. İnsanların lizinq proqramı vasitəsilə texnika almağa imkan verəcək minimum pulları belə yoxdur.
Bu gün fermerlərin və sahibkarların ciddi maliyyə problemləri var, dizel yanacağı və gübrə bahadır, kreditlərin verilməsi də böyük ölçüdə dayandırılıb. Anbarlarda müəyyən miqdarda gübrə var, lakin qiymət yüksək olduğundan və dövlət subsidiyaları olmadığından torpaq istifadəçilərinin onu almaq imkanı yoxdur.

Quraqlıq taxıl istehsalına mənfi təsir edib

Ermənistanda Kənd Təsərrüfatı Nazirliyi ləğv edildikdən sonra sektorun idarəsinin təhlükə altında olması ilə bağlı narahatlıqlar dəfələrlə səsləndirilib. Ölkədə uzun müddət quraqlıq hökm sürüb. Bu, həm bitkiçiliyə, həm də heyvandarlığa mənfi təsir göstərib.
Məsələn, üzüm məhsulu 25% azalıb. Peşəkar dəstəyin olmaması səbəbindən kartof istehsalında da ciddi azalma qeydə alınıb. Taxılçılıqda da durum acınacaqlı olub. Hökumət tərəfindən bu nəticələri aradan qaldırmaq üçün heç bir addım atılmayıb. Məsələn, müxtəlif suvarma üsullarından istifadə oluna bilərdi, lakin bu edilməyib.

Proqnozlara görə, 2030-cu ilə qədər Ermənistandakı otlaqların sahəsi 19-22%, məhsuldarlığı isə 4-10% azalacaq. Bu, iqlim dəyişikliyi səbəbindən baş verəcək. Nəticədə yem istehsalının həcmi əhəmiyyətli dərəcədə azalacaq ki, bu da öz növbəsində təkcə heyvandarlıq sahəsinə deyil, bütövlükdə Ermənistanın ərzaq təhlükəsizliyinə də mənfi təsir göstərəcək.

Su anbarlarında suyun miqdarı minimuma düşüb

Suvarma suyu ilə bağlı problemin həlli üçün su anbarlarının tikintisi layihələrinin həyata keçirilməsi vacibdir. Amma hökumətin növbəti illər üçün nəzərdə tutulmuş proqramlarında belə layihələrdən söz açılmır. Ermənistan ərazisində hər il təxminən 8 milyard kubmetr su hasil olunsa da, yalnız 2 milyard kubmetr su ölkədə istifadə edilir. Su anbarlarında suyun miqdarı minimaldır. Buna baxmayaraq, su elektrik stansiyaları tam gücü ilə işləyir. Nəticədə bu gün Ermənistanda su anbarlarının vəziyyəti kritikdir. Su ehtiyatlarının qıtlığını ən çox Ararat vadisi və Şirak bölgəsindəki fermerlər hiss edəcək. Artıq mütəxəssislər Göyçə gölündə də suyun səviyyəsinin ciddi şəkildə aşağı düşdüyünü bildirirlər. Ekspertlər qeyd edirlər ki, göldə suyun səviyyəsi 11 santimetr aşağı enib. Gölün kənarında iri ranqlı məmurların hektarlarla ərazini əhatə edən villaları var. Suvarma sisteminə müdaxilələr, gölü qidalandıran çayların qarşısının kəsilərək balıq vətəgələri qurulması kimi hallar da müşahidə edilir.

Göründüyü kimi, Ermənistanın qida təhlükəsizliyi ciddi təhlükə altındadır. Əgər yaxın iki il ərzində hökumət bu sahədə ciddi addımlar atmasa, qonşu dövlətdə aclığın başlaması qaçılmaz olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 627   Tarix: 10 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən valideyni bu cəza gözləyir - AÇIQLAMA

Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması və onların ailə mühitində lazımi qayğı ilə təmin edilməsi məsələsi xüsusi diqqət tələb edir. Valideynin uşağın tərbiyəsindən, saxlanılmasından və onun hüquq və mənafelərinin müdafiəsindən yayınması müəyyən hüquqi nəticələrə səbəb ola bilər

15 sentyabr
.

165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO

Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra

15 sentyabr
.

Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA

Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat

14 sentyabr
.

"Bəy Mamed" yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir" (FOTO)

Səbail rayonu Əhəd Yaqubov küçəsi 17 ünvanında yerləşən "Ulubəy" MTK şirkətinin inşa etdiyi "Yeni Şəhər" yaşayış kompleksinin sakinləri yaşadıqları ərazidə çoxsaylı problemlərin olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, "Qafqazinfo"ya kollektiv şəkildə müraciət edə

14 sentyabr
.

Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə

15 sentyabr
.

40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı

"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n

14 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləy

15 sentyabr
.

İnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? - AÇIQLAMA

İnsan bəzən sağlamlığına və həyatına zərər verdiyini bildiyi bir vərdişi dayandırmaqda çətinlik çəkir. "İstəsəm, tərgidərəm" düşüncəsi isə hər zaman reallıqda özünü doğrultmur. Bəs insan zərərini bildiyi halda niyə eyni davranışı təkrar edir və bu, iradə zəifliyidir, yoxsa arxasında daha dəri

14 sentyabr
.

5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi

Zərdabda bir həftə əvvəl baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova da dünyasını dəyişib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada vəfat edib. Xatırladaq ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı "KIA" markal

15 sentyabr