Bakıda ŞOK: Tibb bacısı qadına iynə vurub, yatırtdı və…
Bir müddət əvvəl Bakıdakı özəl klinikalardan birində liposaksiya (artıq piy toxumasının çıxarılması) əməliyyatı etdirmiş qadının pulları və qızılları evinə çağırdığı tibb bacısı tərəfindən oğurlanıb.
Hadisə Novxanı kəndindəki bağ evində baş verib.
Belə ki, Çinarə Sultanova (soyadlar şərtidir) əməliyyatdan sonra gündəlik iynə vurdurmalı olduğu üçün əvvəldən tanıdığı Səidə adlı tibb bacısını evinə çağırıb. Tibb bacısı müyyən məbləğ qarşılığında xidmət göstərməyə razılaşıb.
Sonrakı gün Səidə Məmmədova müştərinin evinə gedib və orada Çinarənin tək olmasından istifadə edərək, "Lidaza" və "Lidokain" adlı pereparatları qarışdıraraq ona dozadan artıq miqdarda iynə vurub. Özünü pis hiss edən Çinarə Sultanova huşunu itirdikdən sonra Səidə evdə olan 3 500 dolları və 8 000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək qaçıb. O, evdən çıxarkən Çinarənin "Porşe" markalı avtomobilində olan bahalı əşyanı da götürüb.
Hadisədən bir neçə saat sonra ev sahibi özünə gəlib, dərhal oğluna və qohumlarına məlumat verib. Onlar evdən pul və qızılların oğurlandığını görərək Səidəni axtarmağa başlayıblar. Səidə törətdiyi əməli qismən etiraf edərək, bunu borclarına görə etdiyini deyib.
Bundan sonra Abşeron Rayon Polis İdarəsində Səidə Məmmədova barəsində cinayət işi açılıb. Həbs olunacağını görən qadın vurduğu zərəri qarşı tərəfə ödəyib. Bir neçə gün əvvəl keçirilən məhkəmə iclasında Çinarə Səidədən artıq şikayətçi olmadığını deyib.
Abşeron Rayon Məhkəməsi Səidəni Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə təqsirli bilinib. O, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və bədəninə elektron qolbaq taxılaraq polisin nəzarəti altında olmaqla sərbəst buraxılıb.//publika.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1051 Tarix: 11 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabr