Azyaşlı uşaqları olan anaların hansı güzəşt hüquqları var?

Azyaşlı uşaqları olan anaların hansı güzəşt hüquqları var?Əmək Məcəlləsinin 37-ci fəsli qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları müəyyən edir. Hamilə və ya üç yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və üç yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

Bunu AZƏRTAC-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılmalı, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilməlidirlər. Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedirtmək üçün əlavə fasilələr verilməlidir.

"Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər üç saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyənləşdirilir. Hamilə, 14 yaşına çatmamış uşağı və yaxud 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir", - deyə vəkil bildirib.

Toğrul Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən hamilə və yaş yarımadək uşağı olan qadınlar və üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan çox olmamalıdır: "Müəssisənin ləğv olunması və müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi hallarından başqa hamilə və ya üç yaşınadək uşağı olan qadınların işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq peşədə çalışan qadınlar attestasiya olunmayan işçilərə aid edilir. Göründüyü kimi Əmək Məcəlləsi ilə hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan analara və uşaqlarını təkbaşına böyüdən atalar üçün güzəştlər nəzərdə tutulub".

Vəkil bildirib ki, aliment ilə bağlı icra sənədi icra şöbəsində olduqda şəxsə bank hesabı göndərilir. Digər tərəf işlədiyi təqdirdə əməkhaqqıdan tutulur və tələbkarın hesabına göndərilir. Əgər şəxs işləmirsə, burada müəyyən problemlər yaranır. Bu zaman işləməmək şəxsi aliment öhdəliyindən azad etmir. Şəxs aliment borcunu ödəməlidir.

"Tərəfin təqdim etdiyi bank hesabına və ya poçt hesabı ilə göndərib qəbzi özündə saxlayıb aliment ödədiyini sübut edə bilər. Şəxs aliment borcunu ödəmirsə, tələbkar icra məmuruna məlumat verməlidir. İcra məmuru məsələni araşdırıb bu zaman qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görür. İlk növbədə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə, əsasən, inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilir. 528-ci maddə "məhkəmə və digər orqanlarının icrası tələbi icra məmurunun tələblərinin yerinə yetirilməməsi" adlanır. Protokola baxan məhkəmə işin hallarına baxaraq işə xitam verə, 500-1000 manat arasında cərimə və yaxud da bir ayadək inzibati həbs cəzası verə bilər.

İnzibati məsuliyyətdən sonra şəxs aliment borcunu ödəmirsə, növbəti dəfə icra məmuru tərəfindən həmin şəxs barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi açılır. Bu maddə ilə təqsirli bilinən şəxsi iki min manat məbləğində cərimə və ya üç ilədək azadlıqdan məhrum etmə kimi cəza gözləyir. Aliment borcu ilə bir dəfə cinayət işinə cəlb olunubsa, bununla da bir daha cinayət işi açılmayacağı qənaətinə gələ bilmərik. Çünki gələcəkdə yenidən aliment borcu yaranarsa, eyni proses həyata keçirilə bilər. Əgər uşaq yetkinlik yaşına çatana qədər borc yaranıbsa, həmin aliment borcu silinmir və yenə də onu ödəmək lazımdır", - deyə T.Məmmədov vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 672   Tarix: 11 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr