1000 illik "ağıllı telefon" tapıldı
Onun dinamikləri və ya Bluetooth bağlantısı olmaya bilər, lakin ekspertlər 1000 il əvvələ aid dünyanın ilk smartfonunu kəşf ediblər.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dünyanın ilk smartfonu kimi tanınan "astrolyab"ı Kembric Universitetinin tədqiqatçısı Federika Qiqante İtaliyanın Verona şəhərindəki bir muzeyin veb saytında onu təsadüfən tapıb. O, açıqlamasında "Muzey bunun nə olduğunu bilmirdi" deyib.
"Muzeyi ziyarət edəndə və "astrolyab"a diqqətlə baxanda gördüm ki, onun üzərini nəinki gözəl oyma ərəb yazıları var, hətta zəif ivrit yazıları da görə bilirdim. Mən onları ancaq pəncərədən gələn sərt işıqda ayıra bildim", - Qiqante söyləyib.
Düşündüm ki, yuxu görürəm, amma getdikcə daha çoxunu görürdüm. Çox həyəcanlı idi. Bu sadəcə inanılmaz dərəcədə nadir bir obyekt deyil. "Bu, ərəblər, yəhudilər və xristianlar arasında əsrlər boyu aparılan elmi mübadilənin güclü rekordudur", - o deyib.
İlk ağıllı telefon kimi qəbul edildi
Tarixçi Tom Almeroth-Uilyamsın fikrincə, astrolablar dünyanın ilk smartfonları olub. Kembric Universitetinin veb saytındakı bir yazıda o, bu mürəkkəb ulduz xəritələrinin "yüzlərlə istifadə üçün uyğun portativ kompüter kimi xidmət etdiyini açıqlayıb.
Qiqantenin aşkar etdiyi astrolyab, dünyada tanınan belə cihazlardan yeganə və indiyə qədər kəşf edilən ən qədim nümunələrdən biridir. O, əsrlər boyu İspaniya, Şimali Afrika və İtaliyadakı müsəlman, yəhudi və xristian istifadəçilər tərəfindən uyğunlaşdırılmış və yenidən işlənmişdir. "Verona astrolyabı əl dəyişdirdikcə çoxlu dəyişikliklərə, əlavələrə və uyğunlaşmalara məruz qalıb", - Qiqante vurğulayıb.
Əsas elmi, dizayn, konstruksiya və xəttatlıq xüsusiyyətləri sayəsində Kembric tədqiqatçısı bu ilk "smartfon"un haradan gəldiyini də öyrənib. O, bu əşyanın əslən Əndəlüsdən gəldiyini və arxa tərəfindəki qravüra və damğaların naxışına əsaslanaraq onu İspaniyanın müsəlmanların idarə etdiyi Əndəlüs bölgəsində hazırlanmış alətlərlə uyğunlaşdırdığını qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Sabah leysan olacaq, qar yağacaq
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon