Azərbaycan müvafiq inzibati ərazilərə BÖLÜNƏ BİLƏR - AÇIQLAMA

Azərbaycan müvafiq inzibati ərazilərə BÖLÜNƏ BİLƏR - AÇIQLAMAAzərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi. Bu məqamda icra hakimiyyətlərinin taleyi sual yaradır. Bundan sonrakı mərhələdə idarəetmə sahələrində hansı dəyişikliklər gözlənilir?

Mövzu ilə bağlı politoloq Turab Rzayev Sonxeber.az-a açıqlamasında artıq Azərbaycanda inzibati islahatların vaxtı gəlib çatıb. Uzun müddətdir icra hakimiyyəti sistemi effektiv idarəetmə kimi öz nəticəsini ortaya qoymur. Hətta bununla bağlı ilkin addımlar atılıb. Regional təhsil və mədəniyyət idarələrin yaradılıb:

"Faktiki olaraq mədəniyyət və təhsil kimi bir sıra sahə icra hakimiyyətlərinin əlindən alınıb, regional idarəetmələrə tapşırılıb. Hətta Qarabağ işğaldan azad ediləndən sonra yeni bir idarəetmə forması sınaqdan keçirildi. Prezidentin xüsusi nümayəndəlikləri yaradıldı. Artıq bunun regional şəkildə əsası qoyuldu. Bu regional idarəetmələr maliyyə, təhsil, mədəniyyət kimi bir sıra sahələrdə söz sahibinə çevrildilər. Növbəti islahatlar Naxçıvanda oldu. Naxçıvanda bütün hüquqlar prezidentin xüsusi səlahiyyətli nümayəndəliyinə keçdi. Daha az səlahiyyətə məxsus olan sahələr isə ali məclis sədrinin sərəncamında qaldı. Bundan sonra, uğurlu idarəetmə metodu sınaq keçirilərək bütün ölkəyə tətbiq olunacaq".

Politoloqun sözlərinə görə, ölkənin iqtisadi zonalara bölünməsi və bu şəkildə idarə edilməsi daha uyğundur:

"Bütün Azərbaycan ərazisi 14-15 yaxud fərqli sayda inzibati ərazilərə bölünə bilər. Digər tərəfdən iqtisadi ərazi bölgüləri üzrə fərqli bir idarəetmə təsis edilə bilər. Burada prezidentin səlahiyyətli nümayəndələri həmin zonaların rəhbərləri kimi təyin olunacaqlar. Birbaşa prezidentin bölgələrdəki səlahiyyətlərini icra başçıları yox, onun nümayəndələri həyata keçirəcək. Bundan sonra, bələdiyyələr ilə bağlı ciddi narazılıqlar var. Yəqinki bələdiyyə idarəetməsi sahəsində ciddi islahatlar aparılacaq. Prezidentin səlahiyyətli nümayəndələri Türkiyədəki kimi "vali"lik sistemini öz üzərinə götürəcəklər. Yerli özünüidarəetmə orqanları olaraq bələdiyyələrin səlahiyyətləri formalaşdırıla bilər. Bununla yanaşı, mövcud bələdiyyələrin statusu dəyişdirilə bilər. İndiki icra hakimiyyətləri bələdiyyələrin səlahiyyətlərini mənimsəyiblər. Bələdiyyələr isə daha çox lokal məhəllə xarakterli məsələlərdə müstəqil qərarlar verməli olacaqlar".

Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2635   Tarix: 11 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr