Qazaxın 7 kəndi və Kərki Azərbaycana nə zaman qaytarılır? - AÇIQLAMA
Bu gün müzakirə olunan məsələlərdən biri də Qazaxın 7 kəndi və Kərkinin nə zaman geri qaytarılmasıdır.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Qazaxın Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Sofulu, Qızılhacılı, Barxudarlı kəndlərinin, eləcə də Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması məsələsi ayda dəfələrlə gündəmə gətirilsə də, Ermənistan tərəfi hər dəfə üzərinə götürdüyü öhtəliyi icra etməkdən imtina edir:
"Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində ən mühüm məsələlərdən biri də işğal olunan Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılmasıdır. Coğrafi və strateji olaraq bu kəndlərin əhəmiyyəti bizim üçün olduqca böyükdür. Buna görə də Azərbaycan tərəfi sərhəd danışıqlarında bu tələbini mütləq yeniləməlidir. Çox guman ki, bu məsələ sərhəd delimitasiyası başa çatdıqdan sonra müzakirə olunacaq.Təbii ki, xəritə üzrə Azərbaycan öz tələblərini ortaya qoyulacaq.
Azərbaycan müstəqil ölkədir. Heç bir dövlətin ölkəmizin suveren ərazisi ilə bağlı iddia ortaya qoya bilməz. Ona görə də düşünürəm ki, bu məsələ geniş müzakirə olunmalıdır. Azərbaycan heç bir zaman bir qarış torpağını güzəştə getməyib və getməyəcək də. Ona görə də Qazaxın 7 kəndi və Kərkinin geri qaytarılması məsələsi sülh mətnində güzəştə gediləcək bənd ola bilməz. Bu gün Ermənistan diqqəti yayındırmaq üçün müxtəlif təxribatara əl atır. Məhz ona görə də düşünürəm ki, çalışıb bu məsələdə bizə lazım olan uğuru əldə etməliyik. Azərbaycan sadəcə öz ərazisi üçün mübarizə aparır. Bizim beynəlxalq hüquqla tanınan sərhədlərin hüdudlarından kənarda əraziyə iddiamız qətiyyən yoxdur. Amma xəritədə hüquqi olaraq bizim anklav olaraq göstərilən əraziləri mütləq şəkildə tələb edəcəyik. Təbii ki, Ermənistanın da tələbləri olacaq. Qaldı ki, Qazaxın 7 kəndi və Kərkinin nə zaman geri qaytarılması məsələsinə bu barədə dəqiq tarix söyləmək çətindir. Hər şey danışıqlar prosesindən asılı olacaq. Ümid edirəm ki, ilin sonuna qədər bu istiqamətdə müsbət nəticə əldə edəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Sabah leysan olacaq, qar yağacaq
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon