Həkimin arvadını döyən sevgilisinə qadağa qoyuldu - FOTO
Bakıda həkimin həyat yoldaşını döyən sevgilisinin ölkədən çıxışına qadağa qoyulub.
Mətbuat.az-ın əldə etdiyi məlumata görə, qadın hadisədən sonra Azərbaycanı tərk etmək istəyib. Əslən Quba rayonundan olan Aynur Sultanova hazırda Azərbaycanla yanaşı, həm də Türkiyə vətəndaşıdır. Hadisə ilə bağlı zərərçəkmiş Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edəndən sonra A.Sultanova Azərbaycanı tərk etmək istəsə də, mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının yerini müəyyən edərək saxlayıb. İzahatı alınan qadının barəsində araşdırma başlanıb və araşdırmalar bitənə qədər onun ölkədən çıxışına qadağa qoyulub.
Xatırladaq ki, bir müddət əvvəl tanınmış həkim-onkoloq İbrahim Əsədlinin sevgilisi olduğu bildirilən A.Sultanova həkimin həyat yoldaşı Aynur Əsədlini döyüb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən "Loğmed" klinikasında baş verib.
Həmin klinikada işləyən İbrahim Əsədli sevgilisi Aynur Sultanova ilə iş otağında olarkən həyat yoldaşı Aynur Əsədli həkimin otağına gəlib. Bu vaxt A.Əsədli ilə həyat yoldaşı İ.Əsədli arasında mübahisə yaranıb. Mübahisə "Loğmed" klinikasının həyətində də davam edib. İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib.
Hadisə nəticəsində A.Sultanova Aynur Əsədliyə xəsarət yetirib. Zərərçəkmiş Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1338 Tarix: 11 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabr