"Dilənçi kimi deyirlər ki, gəl öz geyimində çəkil, o paltarı Amaliya Pənahova da geyinib..."-ETİRAZ-FOTO+ÖZƏL

"Dilənçi kimi deyirlər ki, gəl öz geyimində çəkil, o paltarı Amaliya Pənahova da geyinib..."-ETİRAZ-FOTO+ÖZƏLƏksər hallarda sənətçilər, ələlxüsus da aktrisalar film və seriallarda öz geyimləri ilə çəkildikləri üçün etiraz edirlər. Bəzi aktrisalar məhz bu səbəbə görə ekran işlərindən imtina etmək məcburiyyətində qalır. Film və seriallarda geyim üzrə rəssam ştatı varkən, niyə sənətçi öz geyimi ilə çəkilməlidir? Geyim tapmaq problemdir yoxsa film direktorları xərcə düşmək istəmir?

Moderator.az mövzunu araşdırıb. Xalq artisti Şamil Süleymanlı bildirib ki, illər öncə öz kostyumu ilə filmə çəkildiyi üçün geyimi sıradan çıxıb.

"Vaqif Mustafayev çox ciddi sənətkardır. "Bəyin oğurlanması" filmində də ulduzların bir paradı olur göylərdə. O kinoda da bir ulduzlar paradı yaratmışdı. Filmdə öz bəylik kostyumumu geyinmişdim. Sonra elə oldu ki, o kostyumu korladılar. Ekran işində həvəslə təmizlədiyim ayaqqabı da özümün idi. Sovet dövründə belə bir şey yox idi ki, aktyor öz geyimi ilə çəkilsin. İndi dilənçi kimi deyirlər ki, gəlin öz geyiminizlə çəkilin. Sadəcə olaraq həmin filmdəki kostyum mənim xoşuma gəlməmişdi. Vaqifə bunu göstərdim ki, bəylik kostyumumdur, olar çəkilim? O da etiraz etmədi. O dövr üçün çox bahalı kostyum idi. Üstünə nəsə dağıtdılar, sıradan çıxdı. Yaxşı ki, görüntüsü filmdə qalıb" deyə sənətkar bildirib.

Xalq artisti Həmidə Ömərova bildirib ki, tarixi filmlər üçün mütləq eskizlər hazırlanmalıdır.

"Tarixi və nağıl filmlərində təbii ki, geyim üzrə rəssamlar o dövrə uyğun eskizlər hazırlayırlar, həmin eskizlər əsasında da paltarlar tikilir. Mənim çəkildiyim "Qorxma mən səninləyəm", "Nizami", "Məlikməmməd" filmlərindəki geyimlərim xüsusi eskizlər əsasında hazırlanıb. Müasir filmlərdə isə istisnalar olur. Yadıma gəlir, Oqtay Mirqasımovun "Anlamaq istəyirəm" filmində Çinarə obrazını yaradırdım, professor qızı idi. Çinarə də son dərəcə müasir geyinən xanım idi. Təbii ki, bu cür geyimləri ya mağazadan alırdılar, ya da sifariş edirdilər. Kinolarda mən belə bir problemlə rastlaşmamışam desinlər ki, öz geyimlərini geyin. Amma seriallarda olub. Çünki seriallarda aktyor çox olur. "Ata ocağı" serialında 200-ə yaxın aktyor çəkilirdi. Geyim üzrə rəssam həm o qədər aktyorun geyimini hazırlamalı idi. Ayrı-ayrı mağazalarla müqavilə bağlayıb, geyim götürülürdü. Bu geyimləri də elə istifadə etmək lazım idi ki, ləkələnməsin. Yenidən onları mağazaya qaytarmaq lazım gəlirdi. Bu da çox böyük problem idi. Bəzən eyni geyimdə yenidən çəkiliş olunmalı idi. Elə olurdu ki, həmin geyim mağazada satılırdı. Gözlənilməz hallarla da rastlaşırdıq. Ona görə də bu cür risklərlə qarşılaşmamaq üçün məcbur olursan ki, öz paltarında çəkiləsən. Çox əziyyətli işdir. Ümumiyyətlə serial çəkmək ağırdır. Toy səhnəsini çəkmək daha çətindir. 1 saat ərzində geyim üzrə rəssam toyda iştirak edən aktyorları geyindirməlidir" deyə xalq artisti bildirib.

Əməkdar artist Nahidə Orucova bildirib ki, məhz bu səbəbə görə seriallardan imtina edir.

"Titrdə yazılır ki, "geyim üzrə rəssam".. Amma ortalıqda heç nə yoxdur. Seriala dəvət edirlər, deyirlər ki, geyin gəl. Mən niyə görə öz geyimimdə çəkilməliyəm? O illərdə heç vaxt belə hallarla üzləşməmişik. Geyimlər tikilirdi, atelyelər fəaliyyət göstərirdi. "Yük" filmində mən "Yenilməz batalyon" filmində Tamilla Ağamirovanın istifadə etdiyi paltarı geyinmişdim. Özümü xoşbəxt sanırdım, fərəhlənirdim ki, o cür aktrisanın paltarını geyinmişəm. O paltarı vaxtilə Amaliya Pənahova da geyinib. Kinostudiyanın geyim sexininin spesifik iyi var idi. Hiss olunurdu ki, yaradıcılıq gedir. Amma indi yoxdur. Heç bir seriala getmirəm. Nə qiymət verirlər, nə də qonorar" deyə aktrisa bildirib.

Gənc aktrisa Səbinə Məmmədzadə bildirib ki, yeni çəkilən seriallarda problemlər çoxdur.

"Aktyor-aktrisa öz geyimi ilə çəkilməməlidir. Bəzən də elə olur ki, geyim gətirirlər, əyninə böyük olur. Bu axı efirdə də yaxşı görünmür.. Soruşanda ki, bu nə geyimdir? O dəqiqə deyirlər ki, aktrisa kaprizlidir. Geyim rəssamı geyimi, qrim ustası qrimi bilmir. Bəzi prodakşınlar kəmiyyətə üstünlük verirlər, keyfiyyətə yox. İşdən başı çıxmayan adamları ora cəlb edirlər, iş də qalır kənarda. Düzgün etmədiyini ona xatırladanda o dəqiqə gedib şirkət rəhbərliyinə şikayət edir. Şirkət rəhbərliyi üçün də günü15 manata işləyən qrim ustası, geyim rəssamı önəmlidir. Mən bu sözlərimi hamıya aid etmirəm, əlbəttə ki, bu sahədə peşəkarlar da var, onlarla da çalışmışam" deyə aktrisa bildirib.

Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası Zülfiyyə Nəzər Məmmədova bildirib ki, bu kimi hallara adətən az büdcəli layihələrdə rast gəlmək mümkündür.

"Yüksək büdcəli layihələrdə bu kimi hallara rast gəlmək qeyri-mümkündür. Elə məqamlar olur ki, aktrisaya öz geyimi ilə çəkilmək daha rahatdır, nəinki hardansa götürülmüş geyimlə. Nə gözəl ki, son illərdə paltarlar mağazalardan götürülür. Bəzən də məcburiyyətdən aktrisa öz geyimində çəkilir. Bu xoş bir hal deyil. Gündəlik geyinilən geyimi ekranda görmək xoş deyil" deyə aktrisa bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1014   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr