86 yaşı tamam olan Anar: "Sabah bir yerdə yanğın olsa yenə də günahı Yazıçılar Birliyində görəcəklər"
"86 yaşım tamam olur. Ən böyük arzum Şuşanın işğaldan azad olunması idi, o arzuma da çatdım. Artıq həyata keçməyən arzum qalmayıb. İndi arzularım ailəmlə, övladlarımla, nəvələrimlə bağlıdır. Nəvəm öz adımı daşıyır. İstəyirəm ki, onlar xoşbəxt, firavan yaşasınlar. Gənclik illərində də müxtəlif arzularım olub. İstəyirdim ki, yazılar yazım, onlara filmlər çəkilsin. Bunların da əksəriyyəti reallaşıb. Əlimdə bir-neçə ssenari də var, amma hələ ki, film çəkilmir. Mədəniyyət Nazirliyi deyir ki, pulumuz yoxdur. Nə deyim vallah"
Bunu Moderator.az-a xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar deyib. O daha sonra əlavə edib.
"Bu gün məni mənəvi aşınma narahat edir. Mənəvi dəyərlər itib, böyük-kiçiyə hörmət qalmayıb. Bayağı şeylər meydana çıxır. Bunlar heç də xoşagələn hal deyil. Bu gün mənə deyəndə ki, "Azərbaycanın məşhur yazıçısı" mən bu sözü qəbul edirəm. Bəli, məni Azərbaycanda tanıyırlar. Mənə "dünya şöhrətli yazıçı" deyəndə ona görə ətim tökülür ki, dünya şöhrətli yazıçı olmaq başqa bir şeydir. Mənim də xarici ölkələrdə əsərlərim çap olunub. Amma özüm haqqımda heç vaxt demərəm ki, dünya şöhrətli yazıçıyam. Bu sözü qəbul etmirəm. Mən Azərbaycan şöhrətli yazıçıyam" deyə xalq yazıçısı bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 886 Tarix: 14 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrNazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabr