Azərbaycanda xarici nömrələrin satışı necə həyata keçirilir? - AÇIQLAMA

Azərbaycanda xarici nömrələrin satışı necə həyata keçirilir? - AÇIQLAMASosial şəbəkə seqmentində, elan saytarında satışlara diqqət yetirsək müvafiq qiymətə satılan xarici nömrələr ilə qarşılaşmamış olmarıq. Ölkədə xarici nömrələrdən istifadə halları az deyil. Bu virtual nömrələr hər nə qədər cəlb etsə də, bir sıra məqsədlər üçün istifadə olunur. Bu nömrələrdən isə daha çox şantaj etmək və fərdi məlumatları ələ keçirmək üçün istifadə edilir. Xarici nömrələrin satışı necə həyata keçirilir və bu nömrələr ilə bağlı hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı informasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Sonxeber.az-a açıqlamasında bildirib ki, bu formada olan virtual xarici nömrələrin satışı ölkəmizdə fiziki olaraq həyata keçirilmir:
Azərbaycanda xarici nömrələrin satışı necə həyata keçirilir? - AÇIQLAMA"Sadəcə sosial şəbəkələr vasitəsi ilə dələduzlar tərəfindən təqdim olunur. Fikrimcə bu tipli dələduzlar ölkə xaricində oturaraq, sosial şəbəkələr üzərindən bu tipli fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə ödəmə terminalları vasitəsi ilə kimlərinsə kart hesablarına pul köçürdüb, çekin şəklini həmin adama hansısa üsulla göndərərək, xarici virtual nömrə alanlar müşahidə olunur. Bu tipli ölkədə yaşayıb, amma xarici nömrə alanların və satanların niyyətləri əsasən sual doğurur. Bu tipli virtual nömrələrin real sim kartı yoxdur. Əsasən müxtəlif məqsədlərlə saxta sosial hesablar açmaq istəyənlər bu yola əl atır. Bir dəfəyə məxsus olaraq, SMS təsdiqlə, virtual nömrə əsasında sosial şəbəkə hesabı aktivləşdirilir və müxtəlif kirli məqsədlər üçün istifadə olunur. Ona görə də məlumatlı olmaq, özümüzü tələlərdən qorumağa çalışmaq və bunun üçün, daim maariflənmək lazımdır. Təbii ki, bu tipli fəaliyyət qanunsuzdur".

Ekspertin sözlərinə görə, qanunda xüsusi hal nəzərdə tutulmadığı halda, vergiyə cəlb olunmadan həyata keçirilən hər növ mal və xidmət satışı qanunsuz sayılır:

"Ölkə xaricindən bu tipli fəaliyyət göstərən dələduzlarla mübarizə çətindir. Ona görə də hər birimiz fərd olaraq, bu tipli səhifələri şikayət etməliyik. Çünkü bir gün bizə bu tipli saxta virtual sosial şəbəkə hesablarından gələn link, fayl və zənglər bizim təhlükəsizliyimizi risk altında qoya bilər. Hazırda dünya texnologiya əsrini yaşayır. İnformasiya texnologiyaları avadanlıqlarının sayısının get-gedə artmasını nəzərə alaraq, çox diqqətli olmalıyıq. Əsasən gələn SMS-lər, zənglər və linklər yad mənbələrdən gəlirsə, təhlükəsizliyimiz sual altındadır deməkdir. Telefonların əməliyyat sistemi avtomatik olaraq, yad mənbədən gələn bildirişləri doğrulamaq üçün, xəbərdarlıq edir. Bir çox əməliyyat sistemi və platformalar məsələyə eyni məntiqlə, amma fərqli üsullarla yanaşır. Hamısında eyni məzmunlu "şikayət et-blokla" funksiyası mövcuddur. Gələn linklərdə şirnikləndirici təkliflərlə varsa, bu daha qorxuludur. Bu kimi halların baş verməməsi üçün, linkin mənbəyi daim yoxlanılmalıdır". Çətinlik olduğu halda sahə üzrə mütəxəssislərin köməyinə müraciət etmək tövsiyyə olunur".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2215   Tarix: 14 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr