Ermənistan Tavuş rayonuna bitişik kəndlərdən başqa hansı əraziləri boşalda bilər? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Paşinyan mətbuat konfransında Tavuş rayonuna bitişik olan kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu təsdiqləyib. Bu barədə "Hraparak" qəzeti yazıb. Nəşr qeyd edir ki, hazırda Tavuş istiqamətindəki 7 kəndin 4-nün qaytarılmasından bəhs edilir: "Söhbət Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir". Bəs Ermənistan bu Tavuş istiqamətində qoşunlarını çıxararsa, bu zaman daha hansı əraziər boşaldıla bilər?
Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sonxeber.az-a Sədrəddin Soltan açıqlama verib:
"Tavuş istiqamətində erməni qoşunlarının ərazini boşaltmasına dair heç bir rəsmi məlumat yoxdur. Ötən gün Ermənistan baş naziri bəyan etdi ki, yaxın zamanda Tavuşa səfər edəcək və bölgədə vəziyyəti dəyərləndirəcək. Bu baxımdan hələ hansı əraziləri ermənilərin boşalması məsələsi reallığı əks etdirmir. Amma Azərbaycanın əraziləri Tavuş və Naxçıvan istiqamətindədir. Ümumilikdə 8 kənddən söhbət gedir və Ermənistanın işğalı altındadır. Azərbaycan həmin kəndlərin geri qaytarılmasını tələb edir. Bu ərazilərin Azərbaycan və Ermənistan arasında delimitasiya prosesindən əvvəl qaytarılması şərtdir. Ona görə də ərazilərin boşaldılması məsələsi sadəcə olaraq Ermənistan KİV-in yaydığı bir xəbərdir. Nə Azərbaycan, nə də Ermənistan rəsmi mənbələri bu barədə rəsmi məlumat yaymayıblar".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1229 Tarix: 14 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrNazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabr