Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq
Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər.
Bu barədə Ermənistan mətbuatında dərc edilən yazıda qeyd olunub.
Mənbə iddia edir ki, bu Paşinyanın yaxın çevrəsinin verdiyi məlumatlara əsasən məlum olub. İki ay əvvəl Təhlükəsizlik Şurasının iclaslarının birində Paşinyan dörd kəndin yaxın vaxtlarda Azərbaycana verməyə hazırlaşmasından söz açıb.
Yazıda Paşinyanın "TikTok"dakı dünənki çıxışı zamanı onun kənd camaatına dediyi "Mən bu haqda fikirləşib, sizə cavab verəcəyəm" fikirləri növbəti yalan olduğu iddia olunur. Baş nazir hədə ilə bildirib ki, kəndlər verilməsə, müharibə başlayacaq.
Qeyd olunur ki, dünən səhər tezdən Tavuş sakinləri etiraz aksiyası keçirmək və yolu bağlamaq niyyətlərini bildirdikdən sonra Tavuşa iki avtobusla polis göndərilib. Lakin polis Voskeparda çox az qalıb: kənd camaatı onları gördükdən sonra hay-küy salıblar. Etiraz aksiyası Voskepar sakinlərindən birinin dəfn mərasimi ilə əlaqədar təxirə salınıb.
Nəşrin verdiyi məlumata görə, Paşinyan Tavuş sakinləri ilə görüşə sinif yoldaşı, daxili işlər naziri Vaqe Qazaryanı da özü ilə aparıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA