Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!
Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququnu tapdalaya bilmir.
Məsələ barədə tanınmış vəkil Babək Həmidov "Yeni Sabah"a açıqlama verib. Hüquqşünas sözügedən sənədlə bağlı müəyyən nüansları açıqlayıb:
"Nikah müqaviləsi ailə məcəlləsi və mülki məcəllə ilə təsbit olunur. Bu müqaviləni birgə nikah dövründə yaxud nikaha daxil olan zaman bağlamaq olar. Həmin sənəd ər və arvad arasında olan əmlakın idarə olunması, əmlaka dair sərəncam verilməsi, istifadə və yaxud sahiblik edilməsinə dair və gələcəkdə əldə edilən əmlakla bağlı olan bir müqavilə tipidir. Sənəd müqavilə azadlığından irəli gələrək hər hansı formada mütləq deyil. Tərəflərin iradəsinə uyğun olaraq cütlüklər arasında nikaha daxil olanda və nikah dövründə imzalana bilər".
Vəkil qeyd edib ki, bu müqavilə qanunda olan boşluqlardan istifadə hallarının da qarşısını alır:
"Nikah müqaviləsinin üstün cəhəti odur ki, istər evlilik müddətində, istərsə də boşandıqdan sonra nikah dövründə əldə olunan əmlakın kimə hansı əsaslarla hansı həcmdə aid olduğunu müəyyən etmək mümkün olur. Bu o deməkdir ki, hazırda Azərbaycanda ən çox rastlanan problemlərdən biri tərəflər arasında nikah pozularkən biri digərinə münasibətdə hər hansı bir formada əmlak əldə etmədiyi təqdirdə digəri birgə nikah dövründə qazanılan ümumi vəsait hesabına əldə etdiyi əmlakları öz ana-atasının adına rəsmiləşdirir. Belə olan zaman qarşı tərəfi bilərəkdən nikahın sonunda birgə mülkiyyət əsasında qazanılan əmlaka sahib olmağından məhrum edir. Nikah müqaviləsində bu da qeyd oluna bilər ki, evlilik müddətində əmlak əldə olunduğu zaman kimə aiddirsə onun adına hesab olunur. Beləliklə, qanunda olan boşluqlardan istifadə imkanları əldən çıxmış olur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1035 Tarix: 29 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrDövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr