Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində törədilən və haqqında danışılımayan Baş Güneypəyə faciəsi

Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində törədilən və haqqında danışılımayan Baş Güneypəyə faciəsiÖtən əsrdə tariximizdə elə bir dövr yoxdur ki, Azərbaycan xalqı bu torpaqlara sonradan çar Rusiyasının siyasəti nəticəsində köçürülmüş xalq olan ermənilərin kütləvi cinayətlərindən, genosid kampaniyasından əziyyət çəkməsin.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü (1918) ərəfəsində daha bir faciə - Baş Güneypəyə faciəsi törədilib.

Belə ki, 14 mart 1992-ci il tarixində erməni daşnak terror qrupu Ağdərənin Baş Güneypəyə kəndinə basqın edib. Bir neçə kənd sakini amansızcasına qətlə yetirilib.

Sözügedən faciənin şahidi Camal Məmmədov "Report"a açıqlamasında bildirib ki, Baş Güneypəyə kəndinin sakinləri heç bir günahları olmadığı halda bu cür təzyiqlərə məruz qoyulublar.

Onun sözlərinə görə, 80-ci illərin sonundan ermənilərlə azərbaycanlılar arasında bir sıra problemlər daha geniş vüsət almağa başlayıb və ədavət daha da qızışıb:

"İş o yerə gəldi ki, Ağdərə rayonunun Baş Güneypəyə kəndində özünümüdafiə dəstələri yaratmaq məcburiyyətində qaldıq. Çünki ermənilər artıq odlu silahdan istifadə etməkdən də çəkinmir, azərbaycanlıların yolunu kəsərək qətlə yetirirdilər. Beləliklə, 1988-ci illərdən başlayan hadisələr 1992-ci ilə qədər gəlib çatdı. Həmin ilin mart ayında Baş Güneypəyə kəndinə hücumlar daha da intensivləşdi. Özü də kəndə hücum edən ermənilərin çoxu vaxtilə yaxşı münasibətlərimiz olan, ailəliklə tanıdığımız adamlar idi".

Faciə şahidi bildirib ki, həmin vaxt üç oğlu ilə birgə özünümüdafiə dəstələrində döyüşməyə başlayıb:

"Silah-sursatımız çox az idi. Ermənilərin arasında bizə qarşı döyüşən ruslar da vardı. Hətta qadın snayperlər də kəndi daim atəş altında saxlayırdılar. Kəndi ala bilmədikləri üçün martın 12-dən sonra bura helikopter vasitəsilə əlavə qüvvələr cəlb etməyə başladılar. Döyüşdə 6 güllə yarası aldım. Məni Ağdamın Sarıcalı hospitalına, oradan isə Bakıya, hərbi hospitala gətirdilər".

C.Məmmədov vurğulayıb ki, Baş Güneypəyə kəndi özündən aşağıda yerləşən 4 kənd işğal edildikdən sonra mühasirədə qalıb:

"Kənd əhalisi məcbur qalaraq gecə ilə gizli yollarla kənddən çıxdı. Hadisələr nəticəsində ölən 18 nəfərin nəşini isə kənddən çıxarmaq mümkün olmayıb".

Milli Məclisin deputatı Naqif Həmzəyev də açıqlamasında ötən əsrdə azərbaycanlıların başına gətirilən faciələrdən danışıb.

Onun sözlərinə görə, xüsusilə də XX əsrin ilk illərindən etibarən ermənilər daha da azğınlaşaraq, Azərbaycan xalqını kütləvi məhvetmə, yer üzündən silmə siyasətini mənimsəməyə başladılar.

"1905-ci ildən başlamış hadisələr 1918-ci ildə mart soyqırımına doğru özünün kulminasiya nöqtəsinə çatarkən, ermənilərin törətdiyi qətliamlar xalqımızın dövlətçilik ənənələrini yenidən dirçəltmə ehtiyacını ön plana çıxardı. Çünki çar Rusiyasının erməni qətliamlarına göz yumması, hətta dəstəkləməsi, erməni quldur dəstələrinin o dövrün müasir silah-sursatları ilə təchiz olunaraq əliyalın azərbaycanlıların üzərinə hücumların təşkil edilməsi köçürülmə xalq olan ermənilərin əsl simasını göstərirdi. Ermənilər həmin dövrdə müsəlman kəndlərinə hücumlar həyata keçirərək kütləvi qırğınlar törədib, kəndləri yandırırdılarsa, 1919-cu ildən etibarən bu mənfur siyasət əsassız torpaq iddiaları ilə daha da alovlanaraq 1992-ci ildə Xocalı soyqırımı ilə pik həddinə gəlib çıxdı. Yəni keçmiş Qarabağ konfliktinin, Xocalı, Meşəli kimi soyqırımı aktlarının baş verməsində hələ əsrin əvvəllərindən etibarən əsası qoyulnmuş siyasi maraqlar və bu qətliamlara göz yuman tərəflər də müəyyən mənada rol oynayıb", - deyə deputat qeyd edib.

O əlavə edib ki, beynəlxalq hüquqdan da məlum olduğu kimi, cəzasızlıq növbəti cinayətlər üçün zəmin yaradır:

"Bu amili dövlətlərin və bütövlükdə bir xalqın və ya etnik qrupun törətdiyi əmələ şamil etdikdə isə cəzasızlıq amilinin beynəlxalq sülh və təhlükəsizlik üçün açıq təhdid olduğunu söyləmək mümkündür. Maraqlıdır ki, ermənilərin xüsusilə də 1918-ci ildə onminlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirməsini təsdiqləyən kifayət qədər fakt olsa da, bir çox dövlət hələ də söz oyunundan irəli getməyən qondarma "erməni soyqırımı" utopiyasını siyasi ideal hesab edərək dövlətlərarası təzyiq mexanizminə çevirməyə çalışır. Hətta Türkiyənin Avropa İttifaqı üzvlüyü müzakirələrində belə bu utopik xəyal ciddi-ciddi gündəmə gətirilir, sədd siyasətinə çevrilir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ konfliktinin tamamilə başa çatması və hər qarış torpağımızın işğaldan azad edilməsindən sonra artıq bir neçə kütləvi məzarlıq aşkar edilib:

"Əlavə olaraq, soyqırımı aktlarında iştirak etmiş erməni terrorçularının özlərinin ifadələri əsasında bir neçə işin üstü açılıb, etiraflar və faktlar toplanıb. Lakin biz hələ də beynəlxalq ictimaiyyətdən, özünü sülhün, demokratiyanın qoruyucusu adlandıran dövlətlərdən, xüsusilə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərdən verilməli olan reaksiyanı və atılmalı olan addımı görmürük. Xüsusilə də Fransa, ABŞ kimi erməni lobbisinin güclü olduğu dövlətlər siyasi maraqlar naminə sülh və təhlükəsizlik üçün birbaşa təhdid yaradan erməni tələsini dəstəkləyirlər".

Milli Məclisin üzvü əlavə edib ki, bir sıra Avropa institutlarının mənasını dərk etmədən istifadə etdikləri "etnik təmizləmə" ifadəsi ermənilərin Azərbaycan torpaqlarına köçürüldüyü dövrdən etibarən öz torpaqlarında azərbaycanlılara qarşı həyata keçirilir:

"Ermənilər Soyqırımı konvensiyasında nəzərdə tutulmuş bütün maddələri xüsusi amansızlıq və qəddarlıqla Azərbaycan xalqına qarşı həyata keçirərək bu qətliamları törətmiş şəxsləri, terrorçuları, insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri dünyaya qəhrəman olaraq təqdim etməyə çalışırlar. Onların arasında Xankəndi şəhərinə bir vaxtlar adını verdikləri Stepan Şaumyandan tutmuş, Ermənistan Respublikasının sabiq nazirləri, hətta prezidentlərinə qədər var. Xatırlatmaq lazımdır ki, 1990-cı illərdə Qarabağda qətliamlarda əli olan cəlladlardan biri müharibədən bir neçə il öncə Fransada terror aktı törətmiş terrorçu idi. Həmin hadisədə həlak olanlar arasında Fransa, ABŞ və bir sıra Avropa dövlətlərinin vətəndaşları da var idi. Bu terror aktından sonra həmin terrorçunun birdən-birə Qarabağda peyda olaraq azərbaycanlılara qarşı ədalətsiz və işğalçı müharibədə yer alması, əslində, cəzasızlıq amilinin növbəti təzahürünü və bu təzahürdə "sülhsevər" dövlətlərin barmaq izlərini göstərir".

N.Həmzəyev vurğulayıb ki, 31 mart, 26 fevral, eləcə də qan yaddaşımız olan 20 Yanvar xalqımızın keçdiyi ağrılı dövrlərin xatırladıcısıdır:

"Heç bir zaman unutmamalıyıq ki, bu kimi faciələr bir daha yaşanmasın. 2020-ci ildə Vətən müharibəsində xalqımız bütün dünyanı heyrətə gətirən birlik-bərabərlik nümayiş etdirdi. Həmin dövrdən etibarən isə heç bir siyasi qüvvə Lider-Xalq-Ordu birliyinə təsir edə, "dəmir yumruğ"un gücünü azalda bilmir. Çünki bu güc min illərə dayanan dövlətçilik ənənələrimizdən, tariximizdən, əcdadlarımızdan gəlir və heç bir vaxt tükənməyəcək".(oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 875   Tarix: 31 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

David Seliverstov "YouTube" kanalı ilə bağlı açıqlama yaydı: "Bizim üçün əsas rəqəm deyil, etimad idi"

Monitorinq TV-nin təsisçisi olaraq mənim üçün onun ən böyük dəyəri heç vaxt rəqəmləri, baxış sayı və ya reytinq göstəriciləri olmayıb. Ən böyük dəyər burada çalışan insanların mənəvi və peşəkar bütövlüyü, gördükləri işə məsuliyyətlə yanaşmaları və vahid bir məqsəd ətrafında birləşmələri olub. Bu kanald

13 sentyabr
.

"Hazırda üçillik bakalavr məsələsi müzakirə olunur" - Emin Əmrullayev

"Hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransınd

14 sentyabr
.

Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR

"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildiri

13 sentyabr
.

28 May ərazisində 1 və 2 saylı marşrutlarla bağlı problem: sərnişinlər uzun müddət gözləyir

Bakının "28 May" metro stansiyası ərazisində 1 və 2 nömrəli marşrut avtobuslarının hərəkət intervalı ilə bağlı narazılıq yaranıb. Xüsusilə səhər saatlarında, işə və təhsil müəssisələrinə gedən sərnişinlərin çox olduğu pik vaxtlarda avtobusların uzun müddət gözlənilməsi ciddi çətinlik yaradır

14 sentyabr
.

Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü

Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib. 1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Xəzə

14 sentyabr
.

"İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir

Son günlər mənimlə bağlı müxtəlif media resurslarında yayılan məlumatlar və səsləndirilən fikirlərlə əlaqədar olaraq mövqeyimi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm.Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim dünyagörüşümün formalaşmasında həm Azərbaycan dəyərlərinin

13 sentyabr
.

Fuad Əliyevə vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibat

14 sentyabr
.

Körpəsini xəstəxananın həyətində dünyaya gətirdi

Bərdədə hamilə qadın xəstəxananın həyətində körpə dünyaya gətirib. xəbər verir ki, bu barədə məlumatı TƏBİB yayıb. Bildirilib ki, avqustun 10-u səhər saat 10:40 radələrində 35 həftəlik hamilə qadın Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb

14 sentyabr
.

Beş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO

Zərdabda altı gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova dünyasını dəyişib. -ın məlumatına görə, o, müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışara

14 sentyabr