Paşinyan istefa verərsə Azərbaycan-Ermənistan müharibəsi yenidən başlaya BİLƏRMİ? - DEPUTAT
Xəbər verdiyimiz kimi Ermənistan mətbuatında Nikol Paşinyanın istefa verəcəyini və sentyabrda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini yazıb. Daha sonra Ermənistan mətbuatında Nikol Paşinyanın istefası ilə bağlı çıxan yazıların 1 aprel – Gülüş günü ilə əlaqədar "zarafat" olduğu üzə çıxıb.Bu gün hər kəsi maraqlandıran suallardan biri də Nikol Paşinyan istefa verərsə və yenidən Baş nazir seçilməsə sülh prosesi necə davam edəcək?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, Nikol Paşinyanın istefa verməsi ilə bağlı xəbərlərin yayınması və daha sonra yayılan məlumatların 1 aprel – Gülüş günü ilə əlaqədar "zarafat" olduğu deyilməsi bu ölkənin qeyri-ciddi olmasının, erməni cəmiyyətinin baş nazirinə nifrətinin sübutudur.
"Ümumiyyətlə Paşinyanın hakimiyyətdən getməsi sülh müqaviləsinin imzalanma müddətinin artmasına gətirib çıxara bilər. Paşinyanın yerinə başqa adamlar seçilsə də Azərbaycanın diqtəsi ilə hazırlanan sülh müqaviləsi gec-tez imzalanacaq. Paşinyanın yerinə başqasının hakimiyyətə gəlməsi bizim üçün sadəcə vaxt itkisidir və sülh müqaviləsinin imzlanması müddətini uzada bilər. Ümid edirəm ki, növbəti aylarda sülh müqaviləsinin imzalanması istiqamətində əhəmiyyətli irələyiş əldə ediləcək. Bu gün bizim üçün önəmli olan məsələlərdən biri də Qazaxın 7 kəndini və Kərkinin bizə geri qaytarılmasıdır. Azərbaycanın bu məsələdə heç bir güzəştə getməyəcək".
Deputat qeyd edib ki, bu gün Ermənistan və ona havadarlıq edən bəzi qərb dövlətləri yaxşı anlayır ki, Azərbaycanla diqtə dilində danışmaq olmaz:
"Hakimiyyət dəyişsə belə Ermənistan üçtərəfli bəyanatın şərtlərini əməl etməlidir. İlk olaraq Azərbaycanın kəndləri qaytarılmalı, Zəngəzur dəhlizi açılmalı və Qərbi Azərbaycanlıların doğma yurdlarına geri qayıdıb Ermənistan vətəndaşı kimi yaşaması təmin edilməlidir. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq üçtərəfli bəyanatın bu şərtləri qeyd-şərtsiz əməl edilməlidir. Qaldı ki, Paşinyanın hakimiyyətdən getməsinin yenidən mühribənin başlanmasına səbəb olma ehtimalına, müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb. İnanmıram ki, Ermənistan biabırçı məğlubiyyətindən sonra Azərbaycanla yenidən müharibəyə başlasın. Çünki bu dəfə başlanılacaq müharibə Ermənistanın ölkə kimi xəritədən silinməsinə gətirib çıxaracaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2221 Tarix: 01 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrDövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr