Yeniyetmə və gənclər arasında narkomaniya niyə geniş vüsət alıb? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Belə ki, 13 yaşlı yeniyetmə narkotikin yüksəkdozalı istifadəsindən ölüb. Bəs yeniyetmə və gənclər arasında narkomaniyanın inkişaf tendensiyasının səbəbləri hansılardır?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov açıqlamasında bildirib ki, Narkomaniya asılılıq psixologiyasının ən geniş yayılmış növlərindən biridir. Yetkinlik və gənclik dövründə şəxslər maddi asılılığa böyük maraq göstərirlər. Buna əsas səbəb isə yaşadıqları mühitdir:
"Hansı ki, o mühitdə həmin yaş dövründə şəxslər özlərini təsdiq və ifadə etmək istəyirlər. Özlərini başqaları ilə birlikdə olduqlarını göstərməyə çalışırlar. Yəni asılılıq istəkdən yaranır. Asılılığın ilkin mərhələsi istəkdir və o istəyi tətikləyən səbəblər var. O səbəblər ailədə münaqişə, natamam ailə, ailədə daimi uşağa təzyiq ola bilər. Bu uşağın ictimai həyatında hər hansı bir aludəçiliyin qurbanına çevirə bilər. Əsas həssas qrup kimi sayılan ailələrin uşaqları daha çox narkomaniyanın qurbanına çevrilir. Buna səbəb şəxsin psixi halının qeyri-nizamsız olmasıdır. Yəni şəxs ictimai həyatında özünü ifadə edə bilmir. Hər hansı bir kompleksini bununla ört-basdır etmək istəyir. İlkin mərhələdə bu zövq ola bilər. Şəxs bundan böyük bir zövq aldığını ifadə edə bilər və müəyyən vaxtda sonra maddə şəxsin orqanizmində tolerantlaşandan sonra asılılığa çevrilir. Bu zaman şəxs artıq çıxılmaz bir situasiyaya düşür".
Psixoloqun sözlərinə görə, artıq həmin şəxslərdə maddəsiz yaşamağın qeyri-mümkün olduğu düşüncəsi yaranır. Bu düşüncəni dəyişmək üçün mütləq psixi sağlamlıq üzrə mütəxəssisin müdaxiləsinə ehtiyac var:
"O zaman biz şəxsi düşdüyü bataqlıqdan xilas edə bilərik. Biz əgər yeniyetmə və gənclərin narkotikə qurşandığını görüb və ona göz yumuruqsa bizdə həmin prosesə dəstək vermiş oluruq. Yeniyetmə və gənclər arasında şəxslər öz dostlarını narkotik istifadə edərkən onunla bağlı hər hansısa bir addım atmırlar. Eyni zamanda necə addım atacaqlarını bilmirlər. Bizim cəmiyyətdə formalaşmış düşüncə stereotipi var ki, əgər şəxsin dostu narkotik istifadə edirsə, onu satmamaq məcburiyyətindədir. İstər hüquqi, istərsə də psixoloji baxımından dəstək göstərilməlidir və baş verə biləcək hadisələrin qarşısı alınmalıdır. Biz bunun qarşısını almaq üçün psixoloji maarifləndirmə apardığımız zaman bu məqamları əsas meyar tutmalıyıq: "Dostunu sağlam tutmaq üçün onu satmaqdan utanma!" deməliyik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?