"Əhmədin mediada yayılmış ifadəsi həqiqəti əks etdirmir"
Baş Prokurorluq 5 nəfər ailə üzvünü qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun mediada yayılmış ifadəsi ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, yayılan ifadə həqiqətə uyğun deyil:
"Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun guya məhkəmədə verdiyi ifadənin detalları yayımlanıb.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.
Qeyd olunan "ifadə"nin məzmunu Əhməd Əhmədovun ibtidai istintaqı aparan Xətai rayon prokurorluğunda dindirilərkən, eləcə də məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılan zaman məhkəmə iclasında verdiyi ifadə ilə eynilik təşkil etmir".
Baş Prokurorluq dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1048 Tarix: 03 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
27 yaşlı oğlanın meyiti tapıldı
Gəncədə 27 yaşlı gənc yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Fikrət Əmirov küçəsində baş verib. 199-cu il təvəllüdlü şəhər sakini Vüqar Sadıxovun meyiti yaşadığı evdən aşkarlanıb. Meyit müayinə olunmaq üçün təhvil verilib. Faktla bağlı şəhər prokurorluğund
4 aprelKommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDA
Məhkəmələrin üzərinə kommunal xidmətərə dair işlərlə bağlı yeni öhdəlik qoyulub. Söhbət təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsinə dair işlərdən gedir. Belə ki, təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməs
4 aprelBu ödənişlərə komissiya gəlir - Pulunuzdan tutulacaq
"Pashapay" (MilliON) ve M-Pay (E-manat) terminalları ile mədaxil əməliyyatları zamanı 1% komissiya haqqı tutulacaq. Bizim.Media xəbər verir ki, komissiya haqqı sözügedən operatorlar tərəfindən tutulacaq. Qeyd edək ki, digər ödəniş istiqamətləri üzrə tariflərdə dəyişiklik nəzərdə tutulmur. Xidmətlə
5 aprelAzərbaycanda güclü yağışlar gözlənilir - Nazirlikdən əhaliyə müraciət
Bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi
4 aprelXəzər dənizinin səviyyəsi 20 illik azalmadan sonra sabitləşib
"Yaxın gələcəkdə Xəzər dənizinin quruması ehtimal olunmur, onun suyunun səviyyəsi isə 20 il davam edən azalmadan sonra tarazlıq vəziyyətinə çatıb". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Elmlər Akademiyasının (REA) Su Problemləri İnstitutunun baş elmi işçis
4 aprelYağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Azərbaycanda aprelin 5-də havanın yağıntılı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhə
4 aprel