Məmməd İsmayıl səhhətindən danışdı
"Bir müddət əvvəl onurğamdan əməliyyat olundum. Ağrılarım xeyli azalıb, özümü yaxşı hiss edirəm".
Sonxeber.az xəbər verir ki, bu sözləri Bakupost.az-a açıqlamasında tanınmış şair Məmməd İsmayıl deyib.
O qeyd edib ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə "Bona Dea" Beynəlxalq Hospitalında müalicəsi davam edir:
"Hələlik buradayam. Həkimlərin dediyinə görə, Ramazan bayramında evə buraxacaqlar".
M.İsmayıl müalicə prosesindən çox razı qaldığını dilə gətirib:
"Mən dünyanın yarısını gəzmişəm, bir neçə ölkədə də müalicə alımışam. Amma heç yerdə bu cür yüksək keyfiyyətli tibbi xidmət görməmişəm. Azərbaycanda belə bir müalicə müəssisəsinin olduğunu xəyalıma belə gətirməzdim. Mənə ali səviyyədə xidmət göstərilir. Allah hamıdan razı olsun. Mənə belə bir şəraitdə xidmətin göstərilməsinə şərait yaradan Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm. Açığı, bu cür diqqəti gözləmirdim. Xalqım da sağ olsun, mənim xəstəliyimə biganə qalmadı. Bu cür həssas münasibət məni mütəəssir etdi".
Qeyd edək ki, Məhəmməd İsmayılın səhhəti ağırlaşandan sonra Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 835 Tarix: 03 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrDövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabr