"Ermənistanın İran tərəfindən silahlandırılması dövlətlərarası münasibətlərin normallaşmasına mane olacaq" - POLİTOLOQ

"Ermənistanın İran tərəfindən silahlandırılması dövlətlərarası münasibətlərin normallaşmasına mane olacaq" - POLİTOLOQXəbər verdiyimiz kimi, İran Hava Yollarına məxsus Boinq-747 yük təyyarəsi 29 martdan 4 aprel tarixinə qədər 5 dəfə İrandan İrəvana gəlib. Səfərlərin üçünün Təbriz yaxınlığından - Sarabdan, ikisinin isə Tehrandan həyata keçirildiyi radarlarda əksini tapıb. Ehtimal edilir ki, təyyarə SEPAH-ın Sarabdakı hərbi bazasından qalxıb. Ermənistanın İran tərəfindən silahlandırılması proseslərə necə təsir edəcək?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab Rzayev bildirib ki, İrandan vaxtaşırı olaraq Ermənistana gələn yük təyyarələri böyük ehtimalla hərbi yüklərdir. Çünki biz bilirik ki, Ermənistan sürətli şəkildə silahlanır və burada Fransa birbaşa Ermənistanı silahlandırır. Eyni zamanda Yunanıstan üzərindən Ermənistanın silahlandırılmaması prosesi gedir:

" Üçüncü ölkələrdən Fransa lisenziyası ilə istehsal olunmuş silahlar və digər havadan müdafiə sistemləri Ermənistana daşınır. Ermənistana bu silahların daşınması üçün iki yol var. Aydın məsələdir ki, Azərbaycan öz ərazisindən Ermənistana icazə vermir. Digər tərəfdən Türkiyədə buna imkan vermir. Ona görə də Ermənistana bu silahlar ancaq İran və Gürcüstan üzərindən daşına bilər. Fransadan bəzi silahlar Gürcüstan üzərindən daşınsa da, nəzərə almaq lazımdır ki, Gürcüstan Azərbaycan və Türkiyənin strateji partnyorudur. Bu baxımdan Gürcüstan hər zaman silah məsələsində Gürcüstan Ermənistana yaşıl işıq yandırmaya bilər. Bu baxımdan Ermənistana silah İran üzərindən daşınır. Xüsusilə Asiyadan və Yaxın şərqdən gələn silahlar, o cümlədən İranın özündən gələn silahlar buraya daxil olduq. Qarabağ müharibəsi dövründə Ermənistana minlərlə silah daşınmasının şahidi olduq".

Politoloqun sözlərinə görə, müharibədən sonra sülhməramlıların olduğu əraziyə İrandan xüsusi təyinatlıların gəldiyini gördük. Hətta onların aralarında raket mütəxəssislərinin olduğu deyilirdi. Əlimizdə Ermənistana və separatçılara 600-dən çox raketin verilməsi ilə bağlı məlumatlar var idi. Bu strateji məhsullar həmin dövrdə separatçı rejimə gəlsə də, Ermənistana gedirmiş kimi səhnələşdirilirdi:

"Bütün bunlar onu deməyə əsas verir ki, İranın Ermənistanı silahlandırılmada xüsusi rolu var. Tarixi proseslərin nəzərdən keçirəndə artıq bunu bilirik. İran Ermənistanın silahlandırılmamasında 80 faiz rol oynayır. Bununla bağlı məlumatların hər biri bizdə var. Başqa bir məqam isə İrandan Rusiyaya keçilməsi vacib olan hərbi və yüksək texnoloji hərbi yüklər, Ukrayna müharibəsində istifadə olunan çiplər Ermənistan üzərindən Rusiyaya keçilə bilər. Amma burda da çox da məntiqli açıqlama olmazdı. Çünki elə İran birbaşa dəniz hava yolu ilə Rusiyaya bu yükləri göndərə bilər. Qalan ehtimallarda isə İrandakı hərbi yüklərin daşındığı və hərbi anbarların yerləşdirildiyi hərbi hava limanlarından Ermənistana silahların daşınması heç kimdə şübhə yaratmır. İndiki halda İranın bu addımları bizdə təəssüf doğurur".

Turab Rzayev qeyd edib ki, bu gün Ermənistan Qərb ilə görüş keçirir. Onların hərbi varlığını Qafqaza gətirir. Ondan sonra ABŞ və Avropa İttifaqının hərbi təlimlərini Ermənistanda görəcəyik:

"Ola bilsin gələcəkdə Ermənistan hakimiyyəti Rusiya hərbi bazası yerinə NATO hərbi bazasının yerləşdirilməsini təklif edə bilər. Ermənistan indiki məqamda yeritdiyi siyasət İranın təbii maraqlarına ziddir. İranı şimaldan mühasirəyə sala bilər və şimala Ermənistan ABŞ bazasını gətirə bilər. İranın özü bununla bağlı Ermənistana etirazını bildirib və bölgəyə kənar gətirməməsini qeyd ediblər. Belə olan halda, İranın yenə Ermənistanı silahlandırması heç də başa düşülən deyil. Başqa bir məqam isə İran Azərbaycan ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Amma Ermənistanın kütləvi şəkildə silahlandırması dövlətlərarası münasibətlərin normallaşmasına mane olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1177   Tarix: 05 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr