Sənətkarın gəlini: "Şövkət xanımın "Lay-lay" mahnısına görə Rusiyadan mənə müraciət ediblər"

Sənətkarın gəlini: "Şövkət xanımın "Lay-lay" mahnısına görə Rusiyadan mənə müraciət ediblər""Şövkət xanımın mahnılarını çoxu oxuyur. Oxuyanlar bizdən icazə almırlar. Biz buna önəm də vermirik. Təkcə Şövkət xanımın deyil, bəstəkarın da orada müəllif hüququ var. Onu mən dəqiq sizə deyə bilərəm ki, bunu mənim həyat yoldaşım bilir. Bu problemlə heç vaxt qarşılaşmamışam, bilmirəm. Amma yoldaşım Şövkət xanımın yeganə oğlu, varisidir. Ona müraciət edəndə həmişə razılıq verir. Problem yaratmır".

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib. O daha sonra əlavə edib.

"Bütün müğənnilərimiz özləri etiraf edirlər ki, "Şövkət xanımın mahnıları bizim üçün böyük bir məktəbdir". Çoxu heç Şövkət xanımı həyatda görməyib, tələbəsi olmayıb. Bir dəfə şəxsən mənə Şövkət xanımın "Lay-lay" nəğməsinə görə Rusiyadan müraciət etdilər. Belə bir layihə idi ki, dünyada nə qədər uşaqlar üçün beşik nəğmələri var, hamısını yığırdılar. Azərbaycandan da Şövkət xanımın ifasında Səid Rüstəmovun "Lay-lay" mahnısı seçilmişdi. İcazəni ona görə istədilər ki, sabah müəllif hüquqları problemi yaşamasınlar. Mən də böyük məmnuniyyətlə razılıq verdim. Mənə bir müqavilə yolladılar və ona imza atdım", - deyə sənətkarın gəlini bildirib.

Gülnarə Səfərova Şövkət xanımla bağlı xatirələrini də bölüşüb.

"İnsanlar mənim Şövkət xanımın gəlini olduğumu biləndə o qədər gözəl sözlər deyirlər ki... Bu sözlər məni xoşbəxt edir. Məni də Şövkət xanıma bənzədirlər. Şövkət xanım özü də məni gəncliyinə bənzədirdi... Şövkət xanım qayğıkeş, mehriban bir insan idi. O, insanları, vətənini çox sevirdi. Bu sevgi onun mahnılarında da öz əksini tapıb. Ən əsası da odur ki, gənc nəsil də onu sevir, orta nəsil də, yaşlı nəsil də. O, Azərbaycan musiqi mədəniyyətinin zirvəsində dayanan xanım müğənnidir", - deyə sənətkarın gəlini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 958   Tarix: 05 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr