"Ermənistanın regionda sülhə təhdid yaratmasını Azərbaycan sakit qarşılaya bilməz" - DEPUTAT
Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub. Qısamüddətli görüşdən sonra Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcəyini açıqladı.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, hazırda Cənubi Qafqazda yaşanan geopolitik qarşıdurmanın arxasında Ermənistanın xarici siyasətdəki mövqesizliyi dayanır.Tarix boyu regionda marağı olan dövlətlərin oyuncağına çevrilən Ermənistanın tutduğu bu siyasi xətt həm Xəzəryanı bölgəni, həm də Orta Asiyanı yeni geopolitik savaşın poliqonuna çevrilə bilər. Çünki Cənubi Qafqaz Xəzəryanı bölgənin və Orta Asiyanın əsas "geopolitik giriş qapısı" sayılır.
Aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə görüşü oldu. Düşünürəm ki, bu görüş Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edəcəklər. Çünki görüş birgə verilən bəyanata əsasən Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcəyini açıqladı. Bundan əlavə bu ölkələrin Ermənistana hərbi yardımın göstərmək planları var və bu da əlavə narahatlıq doğurur. Təbii ki, bu da özlüyündə regionda sülh quruculuğu səylərinə ciddi xələl gətirir.
Xüsusilə Ursula fon der Lyayenin simasında Avropa İttifaqının da bu prosesə qoşulması kollektiv Qərb tərəfindən Azərbaycana qarşı siyasət yürüdüldüyünü göstərir.Dünən keçirilən görüş də bunun bariz nümunəsidir. Ermənistanın regionda sülhə təhdid yaratmasını Azərbaycan sakit qarşılaya bilməz, dövlətimiz xalqımızın sabitliyini, torpaqlarımızın süverenliyini qoruyacaqdır. Bütün bu proseslərin Ermənistan və müttəfiqlərinin gözlədiyi nəticələri verəməyəcəyi şübhəsizdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 950 Tarix: 06 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr