Elektromobil ilə planet ətrafında Dünya səyahətçisi marşrutun Kanada, ABŞ, Çin və Qazaxstandan keçən hissələrini geridə qoyaraq, Azərbaycana gəlir

Elektromobil ilə planet ətrafında Dünya səyahətçisi marşrutun Kanada, ABŞ, Çin və Qazaxstandan keçən hissələrini geridə qoyaraq, Azərbaycana gəlirİspaniyalı Rafael de Mestre’nin "80 E-Gün" layihəsi dünya miqyasında bir ekoloju tanıtım turu olaraq, avtomobil dünyasına yenidən səs-küy saldı. Bu layihə 2012-ci ildə De Mestrenin elektrik avtomobili ilə əsl macəraya çevrilmiş dünya səyahətinə çıxdığı zamandan başlayıb. Özünü Jül Vernin "80 gün dünya ətrafında" əsərinin qəhrəmanı hiss edən Rafael qarşısına iki hədəf qoymuşdu: elektromobillərin praktikliyini nümayiş etdirmək və onların gündəlik istifadəsi ilə bağlı şübhələrə son qoymaq. Nəticədə, 28.000 kilometrdən çox məsafəni Tesla Roadster ilə qətt edən De Mestre elektrik avtomobillərinin bu qədər uzun səyahətlərə belə hazır olduğunu sübut edərək, onlarla müxtəlif ölkələrdən keçdi.

De Mestrenin bu səyahəti ətraf mühitə qayğı və texnoloji yeniliklər təşviq edən qlobal təşəbbüslər üçün katalizator rolunu oynadı. 2016-cı ildə 80 günlük səyahət layihəsinin "Elduro" adlanan ikinci hissəsində Rafaelin başçılığı ilə artıq 10 komanda iştirak etdi. Bu dəfə De Mestre başqa avtomobili ilə səyahət etdi, Roadster isə Almaniyadakı muzeyə hədiyyə olundu. Beləliklə, Barselonadan yola düşən komandalar 20 ölkə boyunca 29.000 kilometr məsafəni qət edərək tam ekoloji səyahətlərin mümkün olduğunu göstərdilər.

"80 E-Gün" layihəsinin mühüm bir hissəsi iştirakçıların meşələrin bərpası və havaya zəhərli qazların buraxılmasının azaldılması naminə irəli sürdüyü "Tree Route" təşəbbüsüdür. Marşrut boyu hər bir komanda ağaclar əkmək üçün dayanacaqlar nəzərdə tutmuş və nəticədə bu karvan özündən sonra yaşıl iz qoymağı bacarmışdır. Bu təşəbbüs "80 E-Gün" layihəsinin ayrılmaz hissəsinə çevrildi və layihənin iqlim dəyişikliyi ilə mübarizə və ekoloji şüurun təşviqi üzrə hərtərəfli missiyasının təzahürü oldu.

Rafael de Mestre müntəzəm olaraq dünya səyahətlərinə çıxmaq niyyətində idi, lakin qlobal səviyyədə baş verən hadisələr planlarda dəyişikliklərə gətirib çıxardı. Covıd-19 pandemiyası 2020-ci il üçün planlaşdırılan ilkin planı pozdu və sonrakı qlobal qeyri-sabitlik layihəni bir az da təxirə saldı. Nəhayət, 2023-cü ildə qərara alındı ki, 2024-cü ildə yenilənmiş bir marşrutla layihə davam edəcək. Tanıtım turu ideyası muzeydə keçirdiyi illər ərzində batareyası zəifləmiş Tesla Roadster-i bərpa etmək ehtiyacından da irəli gəlirdi. Lakin Roadster-in yenilənmə planı onun Almaniyadan ABŞ-a daşınmasını tələb edirdi. Nəticədə, yalnız külək enerjisi ilə hərəkət edən "Avontur" adlı yelkənli gəminin göyərtəsində elektromobil Mayami yaxınlığındakı Tesla zavoduna gətirildi. Səyahətin heç bir karbon emissiyası olmadan keçməsi istəyi Rafaelin ekologiya səmtində davamlı inkişafa sadiqliyini vurğulayır.

Rafaelin müxtəlif ölkələrə səyahətinin məqsədi yerli təşkilatlar, jurnalistlər və elektromobil həvəskarları ilə qarşılıqlı əlaqə qurmaq, ekoloji nəqliyyat haqqında bilik mübadiləsi aparmaq və şarj infrastrukturunun inkişafını təşviq etməkdir. Mart ayında artıq marşrutunun ABŞ, Kanada və Çindən keçən hissələrini geridə qoyan Rafael nəhayət Qazaxıstana çatdı. Kəskin hava şəraiti və sel kimi çətinliklərlə üzləşməsinə baxmayaraq, Rafael yerli ekofəallar və elektrik avtomobilçilər klublarının köməyi ilə Qazaxıstan üzrə səyahətini başa vura bildi. Növbəti dayanacaq Azərbaycandadır. Məlumdur ki, Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir və ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Bu hadisələr çərçivəsində dünya üzrə elektrik avtomobillər ambassadoru Rafael de Mestrenin Azərbaycana gəlişi simvolik məna daşıyır.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası təşkil etdiyi mətbuat konfransında Rafael de Mestre öz layihəsini təqdim edəcək və jurnalistlərin suallarını cavablandıracaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 751   Tarix: 06 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ötən həftə 1348,9 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 426 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm

14 sentyabr
.

"Endirimə qoyulan məhsulların istifadə müddəti bitib" - "Adore"dan şikayət

Nərmin adlı müştəri "Adore" mağazasında vaxtı keçmiş məhsulların satıldığını iddia edib. Axşam.az xəbər verir ki, Nərmin mağazadan 50 faiz endirimlə bir neçə məhsul aldığını, evdə isə onların istifadə müddətinin keçdiyini gördüyünü deyib. Onun sözlərinə görə, məhsullardan istifadə etdikdə

14 sentyabr
.

Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü

Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib. 1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Xəzə

14 sentyabr
.

Yeni tədris ilində neçə nəfər təhsil alacaq?

"2026-2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, onların 124 mini birinci sinifdə təhsilə başlayacaq: "Təhsi

14 sentyabr
.

Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA

Təhsil kreditlərindən yararlanmaq istəyən tələbələr üçün sosial meyarların necə müəyyənləşdirilməsi mühüm məsələlərdən biridir. Xüsusilə ailənin rəsmi gəliri ilə real maddi vəziyyəti arasında fərq olduğu hallarda yalnız sənədlərdə göstərilən gəlirin əsas götürülməsi bəzi tələbələrin bu imkanlardan kənard

14 sentyabr
.

AZAL-ın alt qurumunda yeni təyinat

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktoru vəzifəsinə Mario Çaves təyin edilib. xəbər verir ki, o, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək. Mario Çaves aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir. O

14 sentyabr
.

Bakıda skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək"

Son vaxtlar skuterlərin iştirakı ilə baş verən qəzaların artması təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Sirr deyil ki, skuterdən istifadə edənlər arasında yeniyetmə və gənclər kifayət qədər çoxdur. Yeni tədris ilinin başlaması ilə skuterlərdən istifadənin də artacağı ehtimal olunur. Bəs arta

13 sentyabr
.

40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı

"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n

14 sentyabr
.

Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA

Distant təhsilin genişlənməsi ilə ənənəvi əyani təhsilin effektivliyi ilə bağlı müzakirələr də aktuallaşıb. Əyani təhsil zamanı müəllim və şagird arasında birbaşa ünsiyyət, sinif mühiti və operativ nəzarət üstünlük yaratsa da, distant təhsil də çeviklik və texnologiyalardan istifadə baxımından müəyyə

14 sentyabr