Azərbaycanın işğaldan azad edilmiş rayonlarında oral immunizasiya aparılıb
Azərbaycanın işğaldan azad edilmiş Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər rayonlarında vəhşi ətyeyən heyvanlar və sahibsiz itlərdə oral immunizasiya aparılıb.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, peyvəndləməni nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları aparıb.
Əməkdaşlar birdəfəlik geyim, fərdi mühafizə dəstləri və avadanlıqlarla təmin olunublar. Oral immunizasiyanın aparılmasında əsas məqsəd xəstəliyin yayılamasının qarşısının alınması, epizootoloji sabitliyin qorunması məqsədilə xəstəliyin təbii rezervuarında yayılma zənciri qırılmasıdır. Proses çərçivəsində meşəlik və dağlıq ərazilərə tərkibində quduzluq xəstəliyinə qarşı peyvənd vasitəsi olan aldadıcı yemlər atılıb. Aldadıcı yem ətyeyən heyvanlar üçün cəlbedici iyə malik olan xüsusi tərkibə malik briketlərdir. Heyvanlar onu yedikdə onlarda quduzluq xəstəliyinə qarşı immunitet yaranır.
Oral immunizasiyanın ölkə ərazisində yaz və qış mövsümləri olmaqla ildə iki dəfə keçirilməsi nəzərdə tutulur. Növbəti tədbir Ağdam, Xocalı, Xocavənd, Ağdərə, Zəngilan rayonları ərazisində həyata keçiriləcək.
Hazırda ölkədə epizootoloji sabitliyin qorunması istiqamətində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.
Qeyd edək ki, peyvənd ev heyvanları, kənd təsərrüfatı və vəhşi heyvanlar üçün zərərsizdir. Bir neçə ədəd aldadıcı yemin yeyilməsi ağırlaşmalara səbəb olmur. Peyvəndin müalicəvi xüsusiyyəti yoxdur və yalnız immunitet yaradır. Briketlər vəhşi heyvanların yaşayış areallarına yaxın hərəkət çığırlarına, sahibsiz itlər üçün isə onların populyasiyalarına uyğun yerlərə atılır.
Xatırladaq ki, quduzluq xəstəliyinə bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, eləcə də insanlar həssasdır. İnsanlar əsasən xəstə heyvanlarla təmas nəticəsində (dişləmə, tüpürcək, nadir hallarda göz və burunun selikli qişası) yoluxurlar. Xəstəliyin simptomları göründükdən sonra həm heyvanlar, həm də insanlar üçün ölümcül olur. Virusun təbiətdə daima vəhşi heyvanlar arasında mövcudluğu, xəstəliyin əlamətsiz keçməsi onların rezervuar kimi təhlükəliliyinin əsas əlamətlərini təzahür edir. Bu xəstəlik Ümumi Dünya Heyvan Sağlamlığı Təşkilatının zoonoz xəstəliklər siyahısında ilk onluqda yerləşir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi