Qərbi Azərbaycan İcması TƏCİLİ BƏYANAT yaydı
Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ-nin Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen 5 aprel 2024-cü il tarixində Brüsseldə görüş keçirib. Azərbaycan hökuməti və ictimaiyyətinin, eləcə də beynəlxalq aləmin sağlam düşüncəli dairələrinin ciddi etirazlarına baxmayaraq, atılmış bu ziddiyyətli addım regionda sülh və sabitliyə mənfi təsir göstərir.
Sonxeber.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Bəyanatda deyilir:
"Görüşün yekunlarına dair yayılmış məlumatdan aydın olur ki, Avropa İttifaqı və ABŞ Ermənistana əhəmiyyətli ölçüdə maliyyə yardımı etmək qərarı veriblər. Şübhəsiz ki, ictimaiyyətə verilən məlumat tam mənzərəni əks etdirmir.
Aİ və ABŞ keçmiş münaqişədən zərər çəkmiş yeganə tərəf olan Azərbaycana deyil, Ermənistana yardımlar etməklə, Azərbaycan ərazilərini viran qoymuş və minalarla çirkləndirilmiş Ermənistanı bir növ mükafatlandırır və onu Azərbaycana qarşı yeni hücumlara cəsarətləndirir. Aİ və ABŞ Ermənistana etdiyi maliyyə yardımı ilə bu ölkənin həyata keçirdiyi irimiqyaslı silahlanma proqramını maliyyələşdirir.
Qərbi Azərbaycan İcmasının görüşdən əvvəl etdiyi müraciətlərinə baxmayaraq, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsinin sözügedən görüşün gündəliyinə çıxarılmaması, ABŞ və Aİ-nin insan hüquqları məsələsində ikiüzlülüyünün göstəricisidir.
Bütün bunlar bir daha sübut edir ki, bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xətlərin yaradılması ilə vəziyyəti gərginləşdirməyə xidmət edib".
Qərbi Azərbaycan İcması Aİ-ni və ABŞ-ni ikili standartlar siyasətinə son qoymağa və regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırır. Aİ və ABŞ həqiqətən də insan hüquqları və sülhdə maraqlıdırsa, onda militarist siyasət yürüdən Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılar və mina problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməli və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təşviq etməlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4146 Tarix: 06 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrKuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabrNazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr