12 yaşında uşaqları ofis işçilərinə çevirən "texnologiya": Həkimdən XƏBƏRDARLIQ
"İki yaşında planşet istifadə etməyə başlayan uşaq on iki yaşında bel və boyun disk yırtığı ilə qarşılaşa bilər".
Bu barədə türkiyəli fizioterapevt Mehmet Toprak bildirib.
Onun sözlərinə görə, sözügedən şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı günü-gündən artır.
Mütəxəssis bildirib ki, araşdırmalara görə, uşaqların 47 faizində bənzər simptomlara rastlanır, gündəlik kompüter və telefondan istifadə bel ağrısı riskini 8,2 faiz artırır. O, belə uşaqları 10 il ofisdə oturaq işdə çalışan işçilərə bərabər tutub.
Daha çox yemək yemələri, yaxud ağlamamaları üçün tez-tez övladlarına planşet və ya telefonda video izlətdirdiklərinə görə valideynləri qınayan həkim bildirib ki, hər 10-15 saniyədən bir dəyişən görüntülər uşaqlarda yuxu problemi yaradır, piylənmə riskini artırır.
"Uşaqları fiziki fəaliyyətlə məşğul olmağa təşviq etmək və ekran vaxtını məhdudlaşdırmaq vacibdir. Telefon, planşet və kompüterdən hətta tədris məqsədi ilə gündə maksimum iki-üç saat istifadə edilməlidir. Qısa fasilələr vermək və hər yarım saatdan bir ekranlardan uzaqlaşmaq faydalı ola bilər", - deyə həkim bildirib.
Həmçinin, əzələ və dayaq-hərəkət sisteminə yük düşməsin deyə planşetin çəkisinə də diqqət yetirilməsi, mümkün qədər daha yüngül modellərdən istifadə tövsiyə edilib.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 996 Tarix: 07 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İçinə bir dənə əlavə edin: Qatıq turşumayacaq
Evdə hazırlanan qatığın qısa müddətdə turşuması həm dadına, həm də istifadə müddətinə təsir edə bilər. Mayalama zamanı südün içinə bir ədəd noxud əlavə etmək qatığın bərk olmasına və turş dadın daha gec yaranmasına kömək edir. xəbər verir ki, metodun tətbiqi olduqca asandır. Süd qaynadıldıqdan sonr
29 avqustYağlı qidalar beyinə necə təsir edir? - 75 mindən çox hüceyrə araşdırıldı
Danimarkalı alimlərin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu piylənmənin qanda şəkərin yüksək səviyyəsini müəyyən edən beyin mexanizmini sıradan çıxardığını aşkar edib. xəbər verir ki, bu barədə "Nature Communications" nəşri məlumat yayıb. Bioloqlar yağlı qidaların hipotalamus neyronlarını
1 sentyabrDünyanın ən dərin metro stansiyası
platformalar artıq adi görünür. Lakin dünyada elə metro stansiyaları var ki, onların mühəndislik göstəriciləri hətta təcrübəli səyyahları belə təəccübləndirə bilər. xarici KİV-ə istinadla xəbər verir ki, Çinin Çuntsin şəhərində yerləşən "Hongyancun" metro stansiyası yerin 116 metr dərinliyind
31 avqustNoxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır
Noxudun daha asan bişməsi üçün hazırlığa bir gecə əvvəldən başlamaq lazımdır. Noxudu geniş qabda üzərini bir neçə barmaq keçəcək qədər su əlavə edib təxminən 8-12 saat gözlətmək dənələrin su çəkərək yumşalmasını təmin edir. Ertəsi gün noxudun ıslatma suyu mütləq tökülməli və bol su ilə yaxalanaraq təmi
29 avqustPaltaryuyana yuyucu tozla birlikdə əlavə edin: Nəticəni görənlər TƏƏCCÜBLƏNİR
Paltar yuyarkən yalnız yuyucu toz istifadə edənlərin diqqətini çəkəcək bir üsul gündəmə gəlib. Sirkən xüsusilə corab və alt paltarlarında yuyucu vasitənin təmizləyici təsirini artırır. Tərkibindəki sirkə turşusu sayəsində ağ sirkə parça üzərində yaranan pis qoxuların neytrallaşdırılmasına kömək edir
30 avqust"Google Maps" qalmaqallı Ontario gölünün adını dəyişdi
ABŞ-nin Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) Birləşmiş Ştatlar ərazisində Ontario gölünün adını rəsmi olaraq "Amerika gölü" kimi dəyişdirib. xəbər verir ki, bu barədə "Google" şirkəti rəsmi bloqunda məlumat yayıb. "Google"dan bildirilib ki, şirkət rəsmi hökumət mənbələrindəki
31 avqustSoyuducunu harada yerləşdirmək daha yaxşıdır?
Mətbəxdə bir neçə santimetr yerə qənaət etmək üçün soyuducunu divara sıx yerləşdirmək düzgün deyil. Çünki cihazın ətrafında saxlanılan boşluq havanın dövranı və işləmə zamanı yaranan istiliyin xaric edilməsi baxımından mühüm rol oynayır. Mütəxəssislər soyuducu həddindən artıq dar yerdə quraşdırılarsa
29 avqustToyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. "Qafqazinfo" xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil, paxlalılar
1 sentyabrKüçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI
Şəhər mərkəzlərində və piyada yollarında, xüsusilə səki kənarlarına yerləşdirilən beton kürələr və monolit strukturlar estetik görünüşlə yanaşı, yol təhlükəsizliyi və şəhər nizamı baxımından mühüm rol oynayır. xəbər verir ki, "beton duba" və ya "bolard" adlandırılan bu kürə və konu
30 avqust