Vətəndaşın evini sökdülər - "Deyir arxasında məmur dayanır"+Video+Fotolar
Nəsimi rayonu Həsən Əliyev küçəsində vətəndaş Natiq Həsənova məxsus fərdi yaşayış evin qanunsuz olaraq söküldüyünü iddia edib.
Sonxeber.az xəbər verir ki, bunu Qaynarinfo-ya Natiq Həsənovun özü bildirib.
Onun sözlərinə görə, 1993-cü ildə Qubadlı rayonundan məcbur köçkün düşüblər.
"Elə həmin ildən Həsən Əliyev küçəsi, ev 143-da məskunlaşmışıq. 2023-cü ildə bu evə rəsmi qeydiyyata düşmüşük", - deyə şikayətçi əlavə edib.
Natiq Həsənov bildirib ki, 1997-ci ildə isə əmisi həmin həyətdə ev tikib:
"Yəni, 1997-ci ildən bir həyətdə iki ev olub. Bizim ev ünvanımız 143, əmimin ünvanı isə 143A-dır. Həmin evin tikintisinə dair arayışlar və müvafiq sənədlər də var. Sonradan əmim Zaməddin Qasımov adlı maklerlə sövdələşərək yaşadığı evə çıxarış alıb. Çıxarış maklerin adınadır. Yəni, əmim evi ona satıb. Zaməddin Qasımov isə təkcə əmimin evi ilə kifayətlənmək istəmir. O, bizi də həyətdən çıxarmaq istəyir. Bunun üçün məhkəməyə müraciət edib. Məhkəmənin qərarında 143A ünvanının boşadılması göstərilsə də, icraçılar bizi də evdən çıxarıblar".
Şikayətçinin sözlərinə görə, məhkəmə qərarına və ekspertiza rəylərinə baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin icraçıları onları zorla evdən çıxarıb:
"Təsəvvür edin, Ədliyyə Nazirliyinin ekspertiza mərkəzi rəy verib ki, həyətdə iki ev var. Bu, sayğaclardan da görünür. Yəni, su, işıq və qaz sayğaclarının hərəsindən iki ədəd quraşdırılıb. Biri bizim evimiz, digəri isə əmimin evi üçün. Lakin icraçılar buna məhəl qoymayaraq bizi zorla evdən çıxardılar. Bu azmış kimi evimizi sökdülər. Bu gün də söküntü işləri aparılır".
Natiq Həsənov məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdiklərini deyib. Şikayətçi onu da qeyd edib ki, makler baş verənlərin arxasında hansısa məmurun dayandığını iddia edir.
"Deyir ki, bu işin arxasında məmurlardan biri dayanır. Guya bizim həyətimiz ona lazımdır. Bu baxımdan, bizi də evdən çıxarırlar. Biz bilmirik hansı məmurdan söhbət gedir. Makler onun adını açıqlamır", - deyə Natiq Həsənov bildirib.
Vətəndaş məsələ ilə əlaqədar ölkə rəhbərliyinə də müraciət edəcəyini deyib.
Ərazidən fotoları təqdim edirik:






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1074 Tarix: 08 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabr