Azərbaycan Qazaxdakı qanunsuz hərbi birləşmələrinə qarşı antiterror əməliyyatları KEÇİRƏ BİLƏR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Paşinyanın səfərindən sonra kəndlərin təhvil verilməsi ilə bağlı səsləndirdiyi fikirlər sakinlər tərəfindən narazılıq ilə qarşılanıb. Belə ki, onlar kəndlərin təhvil verilməsi ilə razılaşmır və tədbirlərin görülməsi bağlı çağırışlar edirlər. Hətta son zamanlar Xocalı qatili Seyran Ohanyan işğal atındakı Azərbaycan torpaqlarına gəlmiş və əhalini müharibəyə təhrik etmək üçün bəyanatlar irəli sürmüşdür. Hazırda isə Azərbaycana təhvil verilməli olan kəndlərə qanunsuz hərbi birləşmələr yığılır və onların silahlandırılması dava etdirilir. Bu baxımdan lokal atəşkəsin davam şəkildə pozulması və lokal xarakterli toqquşmaların baş verəcəyi təqdirdə Azərbaycan Qazaxdakı qanunsuz birləşmələrə qarşı antiterror əməliyyatları həyata keçirə bilər?
Məsələ ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmmədli bildirib ki, son günlər Ermənistan və Azərbaycan arasında ayırmaların baş verməsi hər gün olur. Ermənistan tərəfi artıq bunun adını təlim qoyaraq sərhəd istiqamətinə qoşunlar cəmləşdirir:
"Silahlar, artilleriya qurğuları mütəmadi olaraq yerləşdirilir. Azərbaycan tərəfi buna cavab olaraq adekvat tədbirləri görür. Qazax istiqamətində qanunsuz hərbi birləşmələr təxribat törədəcəyi halda Azərbaycan hazırlıq içərisindədir. Mən hesab edirəm ki, indiki məqamda Azərbaycan tərəfi son dərəcə səbirli olmalıdır. Qazaxdan qanunsuz birləşmələrin təxribatı baş verəcəyi təqdirdə adekvat cavab verməlidir. Erməni mövqeləri Azərbaycan Ordusunu hansı bölgədən vurursa, həmin mövqelər sıradan çıxarılmalıdır. Amma erməni tərəfi bir tərəfdən Azərbaycan mövqelərini atəşə tutursa və Azərbaycan adekvat cavab ilə birlikdə Ermənistan ərazisinə daxil olarsa, həmin mövqeləri götürərsə bu artıq oyuna gəlmişlik olar. Ermənistan tərəfi Azərbaycanı bu oyuna gətirməyə çalışır. Bu halda Azərbaycanı nədəsə ittiham etməyə çalışacaqlar. Hesab edirəm ki, bu bir oyundur. Son baş verən atışmalara çox ciddi səbir lazımdır. Azerbaycan öz mövqeyi ilə davam etməli və bütün addımlarını adekvat olaraq davam etdirməlidir. Adekvat olmayan addım mövqelərin götürülməsinə gəlib çıxacaqsa bu məsələ Azərbaycanı" günahkar" olaraq göstərəcək. Azərbaycan ilə bağlı nə qədər istədikləri və həyata keçirə bilmədikləri planlar varsa, onları edə biləcəklər. Bu planlar isə əsasən sanksiyalar ilə bağlıdır. Ona görə də, bütün cavab addımları ən azından indiki məqamda adekvat olmalıdır".
Xatırladaq ki, Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı İşxan Saqatelyan aprelin 6-da digər deputatlarla birlikdə kəndlərin tərkibində olduğu Tavuş bölgəsinə səfər etdiyini və sakinlərin hakimiyyətin bu qərarına qarşı birləşdiyini qeyd edib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi