"Sülh müqaviləsindən imtina Ermənistanın ölkə kimi varlığını şübhə altına sala bilər" - DEPUTAT

"Sülh müqaviləsindən imtina Ermənistanın ölkə kimi varlığını şübhə altına sala bilər" - DEPUTAT"Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri atəşə tutması bir daha bu ölkənin necə terrorçu ölkə olduğunu sübut edir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, aprelin 5-də Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü oldu:

"Bu görüşdən sonra Ermənistanın regionda vəziyyəti gərginləşdirmək cəhdləri daha artıb. Bilirsiniz ki, bu qısamüddətli görüşdən sonra Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcəyini açıqladı. Bu gün Ermənistanı silahlandıran ölkələr iqtisadi-humanitar yardım adı altında açıq-aşkar terrorçu dövlətə maliyyə ayıraraq regionda yenidən müharibəni alovlandırmağa çalışırlar. Aİ və ABŞ-ın birdən-birə Ermənistana niyə bu qədər vəsait ayırsın?Ayırdıqları vəsait həqiqətənmi iqtisadi-humanitar yardım məqsədi daşıyır? Bir dəfə də olsa 30 il ərzində işğal etdiyi torpaqlarımızı azad etməsi üçün Ermənistana təzyiq göstərməyən qüvvələrin bu ölkəyə hümanitar yardım üçün maliyyə ayırması inandırıcı deyil. Məncə ayrılan pullar Ermənistanın silahlandırılmasına xərclənəcək. Məqsəd də Cənubi Qafqazda düşünülmüş, məqsədyönlü və planlı şəkildə gərginlik yaratmaqdır".

Deputat vurğulayıb ki, hazırda bəzi ölkələr 44 günlük Vətən müharibəsində Ermənistanın itirdiklərini geri qazandırmağa çalşır:

"Amma Azərbaycan nə Ermənistana, nə də havadarlarına regionda yenidən gərginliyi artırmağa icazə verməyəcək. Yaxşı olar ki, Ermənistan 44 günlük vətən müharibəsindəki və antiterror əməliyyatlarındakı biabırçı məğlubiyyətlərini unutmasın. Avropadan yardım dillənmək Ermənistanı sülh müqaviləsini imzalamaqdan canını qurtarmayacaq. Sülh müqaviləsindən imtina Ermənistanın ölkə kimi varlığını şübhə altına sala bilər. Ermənistan təxribatlarına davam edərsə "dəmir yumruğu" yenidən başında hiss edəcək".

Qeyd edək ki, aprelin 5-də Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub. Qısamüddətli görüşdən sonra Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcəyini açıqladı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1609   Tarix: 08 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr