DİN-dən XƏBƏRDARLIQ - Bunu edən şəxsləri 2500 AZN cərimə gözləyir - VİDEO
Bakıda yollarda yüksək səslə musiqi dinləyən sürücülərə tez-tez rast gəlinir. Bəzən hərəkətdə olan maşının pəncərəsindən bədənini yarıya kimi bayıra çıxarıb müxtəlif hərəkətlər edilməsi halları da baş verir.
BAKU.WS-in məlumatına oxşar hadisə ötən gün paytaxt ərazisində də qeydə alınıb. Belə ki, avtomobildən ətrafa yayılan səsi uzaq məsfədadən belə eşitmək mümkün olub. Bir neçə xanımın avtomobildən bədənlərini çölə çıxararaq müxtəlif hərəkətlər etməsi birmənalı qarşılanmayıb.
Bu kimi hallar baş verdiyi halda sürücüləri hansı cəzalar gözləyir? Ümumiyyətlə avtomobil idarə edərkən musiqiyə həddən artıq səs vermək olarmı? Avtomobil hərəkətdə olarkən bədən hissələrini şüşədən çıxarmaq qanun pozuntusu sayılırmı?
Bu suallara cavab tapmaq üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, polis daxil olmuş müraciət əsasında məişət səs-küyünə qarşı müvafiq mübarizə tədbirləri həyata keçirir:
"Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslərə yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə iki min manatdan iki min beş yüz manatadək məbləğdə inzibati tənbeh tədbiri tədbiq edə bilər".
Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli BAKU.WS-ə deyib ki, hər bir halda sürücü sərnişinlərin təhlükəsizliyinə cavabdehdir: "Sürücü nəqliyyat vasitəsində sərnişinləri bu şəkildə daşımaqla onların həyat və sağlamlıqlarını təhlükə altına atır. Sərnişinlərin özlərinin də səhlənkarlığa yol verərək fərqinə varmadan etdikləri hərəkətlər digər hərəkət iştirakçıları üçün ciddi qəza riski yaradır ki, bu da yolverilməzdir.
İstər sürücülər, istərsə də sərnişinlər qaydalara ciddi şəkildə riayət etməlidirlər. Unutmaq olmaz ki, yol hərəkəti qaydalarına biganəlik sonda xoşagəlməz halların baş verməsinə səbəb ola bilər.
Məlum video ilə bağlı sürücü və sərnişinlərin məsuliyyəti müəyyənləşdirilərək barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə uyğun olaraq məlum videodakı sürücünü 80 manat cərimə və 3 cərimə balı gözləyir. Sərnişinlər isə müvafiq maddə ilə 30 manat cərimələnə bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi