Altı yaşında Ağdaban faciəsinin şahidi olan dünya çempionu: "Ayaqlarım donmuşdu, atam ayaqqabını kəsib..."

Altı yaşında Ağdaban faciəsinin şahidi olan dünya çempionu: "Ayaqlarım donmuşdu, atam ayaqqabını kəsib..."Bu gün Ağdaban faciəsindən 32 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, səkkiz nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq, yeddi qadın diri-diri yandırılıb.

Kunq-fu üzrə beşqat dünya çempionu Ellər Orucov da faciəni öz gözləri ilə gördüyünü bildirib.

Moderator.az-a açıqlama verən idmançı o illəri bu gün də ürək ağrısı ilə xatırladığını deyib.

"Ağdaban faciəsindən 32 il keçir. Bu faciəni öz gözlərimlə görmüşəm. Altı yaşın içində idim. Çətin günlər idi. Səhər saat 6-7 radələrində insanların bəzilərinin xəbəri var idi ki, Ağdabanı ermənilər mühasirəyə alıblar. Qışqırırdılar ki, "çıxmağa, qaçmağa yeriniz yoxdur, təslim olun". Evin divarına söykənmişdik. Tərpənə bilmirdik. Hərəkət edən kimi bizi görüb güllə atırdılar. Güllə yağış kimi yağırdı. Uşaq idim, ağlım kəsmirdi. İstədim ki, yerə tökülən patronları yığım. Əmim qolumdan tutub məni arxaya çəkdi. Bir saata yaxın o vəziyyətdə qaldıq, mühasirədən çıxa bilmirdik", - o deyib.

Ellər Orucov bildirib ki, çətinliklə də olsa, mühasirədən çıxa biliblər:

"Əmim hərbçi idi. Atam isə postda keşik çəkirdi. Əmim silahı götürüb qarşı tərəfə qaçdı. Elə qaçırdı ki, nə qədər güllə atsalar da, ona dəymirdi. Qonşunun evinin yanından keçib onlar tərəfə atəş açdılar. Əslində, belə etməklə ermənilərin başını qatırdılar ki, kənd camaatı mühasirədən çıxa bilsin. Çıxış üçün bir yol var idi. O yol da qarlı, dərəli, meşəli yoldan keçirdi. Qaça bilənlər qaçıb getdilər, qaça bilməyənləri isə ermənilər oradaca güllələdilər. Ayaqqabım ayağımdan çıxmırdı, şişmişdi. Atamla anam ayaqqabımı bıçaqla kəsib, çətinliklə də olsa, çıxardılar. Ağdaban sakinləri böyük qəhrəmanlıq göstərirdilər. Onların hesabına kimlərsə sağ-salamat çıxdılar. Babam kənddən çıxarkən onu Aşıq Şəmşirin abidəsinin yanında snayper vurdu. Babam və dayım Birinci Qarabağ müharibəsində şəhidliyə ucaldılar. Babam o qədər məşhur döyüşçü idi ki, ermənilər onun başına pul qoymuşdular".

O, doğma Ağdaban kəndini işğaldan sonra hələ görmədiyini bildirib:

"Şükürlər olsun, artıq dörd ildir ki, Kəlbəcərimiz işğaldan azad edilib. Doğma yurdumu gedib görmək hələ ki mənə qismət olmayıb. Amma valideynlərim gedib görüblər. Evimizin divarlarının yarısı qalıb. Söküb apardıqlarını aparıblar, apara bilmədiklərini yandırıblar. Qəbirlər qalıb. Atama Ağdaban kəndinə getmək qismət olub. İnşallah ki, mən də gedərəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 827   Tarix: 08 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr