Oruc tutmayanlar elə bilirdi oruc tutanlar bir dana yeyir...
Azərbaycan ən mütərəqqi ideyaların dəfn olunduğu məkandır. "Qəbirqazan" özgəsi deyil, özümüzük. Qazırıq, basdırırıq, üstünü də torpaqlayırıq. Ki, bir də geri qayıtmasın...
Sosial-demokratiya kimi ümumbəşəri bir ideyanı dəfn edəndən bəri gələcəyimizdən çox bədbinəm.
Başa vurduğumuz müqəddəs Ramazan ayı bu dəfə də yersiz höcətləşmələrlə yadda qaldı. Hansı ki, bəyənmədiyimiz bədəvi ərəblər belə Ramazan ayında silahı yerə qoyurdular. Amma bəzi dostlarımız, həmkarlarımız, sosial şəbəkələrdən tanıdıqlarımız qələmi yerə qoymadılar. Qanımızı axıtmasalar da, əməlli-başlı qaraltdılar...
Bilirsiniz, diqqətimi ən çox cəlb edən nə oldu? Oruc tutmayanlar oruc tutanların qida rasionu ilə bağlı ağlasığmaz fərziyyələr irəli sürürdülər. Oruc tutmayan bəzi dostlarımız elə bilirdilər ki, oruc tutanlar hər dəfə iftar süfrəsində bir dana yeyirlər. Üstündən də 50 şəkərbura, 40 paxlava, bir samovar da çay...
Müqəddəs Ramazan ayı başa çatdığı üçün yazmaq olar: Mən iftarda bir kasa şorba, üstündən də bir boşqab ev yeməyi yeyirdim. Başqalarını deyə bilmirəm, amma bizim evdə hər gün ət yeməyi bişmir. Ailəmizin təməli əvvəldən belə qoyulub: Allahın verdiyi neməti heç vaxt müzakirə etməmişik. Əksinə, həmişə şükür etmişik...
Biz hüquqi dövlətdə yaşayırıq. Tolerantlıq alın yazımızdır. Min illərdi irili-xırdalı neçə xalq bu torpaqlarda qardaş, sirdaş kimi yaşayır. Köklərimiz tarixin alt qatına qədər uzanır. Bu ənənəni nəsildən-nəsilə ötürməliyik...
Bayram küsülülərin barışması üçün bir vəsilədir. Bayram umu-küsünü unutmaq üçün bir fürsətdir. Bu əziz gündə bir-birimizə daş atmayaq, qucaq açaq.
Bayramınız mübarək əziz bacı və qardaşlar!
Bayramınız mübarək yediyimiz bir kasa şorbanı bir dana qiyafəsində görən əziz yoldaşlar!
Siz bizi istədiyiniz qiyafədə görə bilərsiniz. Amma mən sizi heç vaxt xor görmürəm. Çünki həyatın müvəqqəti olduğunu, dünyada ancaq yaxşı əməllərin qaldığını görürəm... (yenisabah.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1568 Tarix: 10 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrAnar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr