Hansı ixtisas qruplarına qəbul olmaq asandır?
Hər il abituriyentlərin üz-üzə qaldığı məsələlərdən biri də hansı ixtisas qrupunu seçsələr, daha rahat ali məktəbə qəbul oluna biləcəkləri ilə bağlıdır.
Hətta bəziləri öz maraq dairələrini kənarda qoyub, ali məktəbə daha asan qəbul oluna biləcəkləri ixtisas qrupuna üz tuturlar.
Bəs görəsən, 5 ixtisas qrupu üzrə abituriyentlərin daha asan qəbul ola biləcəkləri qruplar hansılardır?
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı azedu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi vurğulayıb ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlər asanlıq baxımından daha çox I və II qrupa üstünlük verirlər:
"Çünki III və IV qrupa qəbul olmaq, abituriyentlər üçün bir qədər çətindir. Hətta subbkalavrlar belə II qrupa daha asan qəbul ola bilirlər. Abituriyentlərin "Təki diplomum olsun" deyərək universitet və ixtisas seçimi etmələri əsla doğru yanaşma deyil. Çünki həmin şəxslər gələcəkdə iş tapmaqda və özlərinə karyera qurmaqda çox çətinlik çəkəcəklər. Ona görə də kortəbii formada ixtisas qrupunun seçilməsi qəbuledilməzdir".
Ekspert qeyd edib ki, hər il 70-75 min və daha çox abituriyent müsabiqədə iştirak edir. Amma onların içərisində 50-55 nəfəri universitetlərə qəbul ola bilir:
"Sorğu aparsaq görərik ki, onların içərisində təxminən yalnız 5-6 min abituriyent öz ixtisası ilə bağlı biliklərə sahibdir və ya həmin ixtisası seçərkən araşdırma aparıb. Yerdə qalanlar kortəbii formada prosesdən keçiblər. Ona görə də əlbəttə bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır".
Elçin Əfəndinin sözlərinə görə, bəzən abituriyentlər ixtisas seçimi edərkən istedadlarına önəm vermirlər:
"Burada məqsəd I və II ixtisas qrupunu seçən namizədləri azaltmaq deyil. Biz istəyirik ki, abituriyentlər az bal toplayacağını nəzərə alaraq ixtisas qrupu seçməsinlər. Ola bilər ki, kiminsə tibb istiqamətində potensialı var, lakin I və II qrupda oxuyur. Məqsəd bunun qarşısını almaqdır.
Yaxşı olar ki, abituriyentlər mütamadi olaraq konsultasiyada iştirak etsinlər. Bu barədə həm onları, həm də valideynlərini maarifləndirmək lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi