İş adamını sifarişlə öldürən şəxslərdən xəbər var

İş adamını sifarişlə öldürən şəxslərdən xəbər var2019-cu ildə Rusiyanın Arxangelsk şəhərində öldürülən 27 yaşlı azərbaycanlı iş adamı Ruslan Arif oğlu Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 16-na təyin edilib. Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətlin təşkilatçısı Varis Səmədov 16 il 6 ay, Məhəmməd Lətifov 15 il, Şahin Qasımzadə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ağdaşda "Taxta-şalban Məhəmməd" kimi tanınan iş adamı Məhəmməd Əliyev 2018-ci ildə Ruslan Hüseynovun qardaşı Rauf Hüseynovla iş anlaşması əldə edib. Razılaşmaya görə, Rauf Hüseynov Məhəmməd Əliyevdən 45 700 000 rubl alıb. Bu pulun qarşılığında Rauf Məhəmməd Əliyevə 18 000 kubmetr taxta materiallarını göndərməli olsa da, sadəcə, 14 459 320 rubl dəyərində mal göndərib. Müqavilənin bitməsinə baxmayaraq, Rauf Hüseynov malın qalananı göndərməyib. Nəticədə tərəflər arasında mübahisə düşüb.

Məhəmməd Əliyev ofisində telefonla Rauf Hüseynovla mübahisə edən zaman bunu Varis Səmədov eşidib. O bu işi öz üzərinə götürərək məsələni həll edəcəyini bildirib.

Bundan öncə isə, Məhəmməd Əliyev Rauf Hüseynovun rəhbəri olduğu şirkətin əsl sahibi, onun keçmiş həyat yoldaşı İnci Abbasova ilə görüşüb. İş adamının ofisində görüş zamanı İ.Abbasova əri ilə danışacağını, borcun qaytarılması üçün köməklik edəcəyini bildirib. Lakin qısa müddət sonra Rauf Hüseynovun pulu qaytarmaq barədə düşünmədiyini bildirib. Bu zaman İnci Abbasova Məhəmməd Əliyevə keçmiş həyat yoldaşı Rauf Hüseynov və qardaşı Ruslan Hüseynovla birgə intim münasibətdə olarkən lentə aldığı video və fotoları təqdim edib.

Bundan sonra, Varis Səmədov Rauf Hüseynovu intim görüntülərlə şantaj edib və pulu qaytarmayacağı halda video və fotoları həm Ağdaşda, həm də Rusiyada yayacağını, qohumlarına göstərəciyini bildirib. Lakin Varis Səmədov bu üsulla məqsədinə nail ola bilmədiyini görüb, hədə-qorxu ilə tələb etməklə bağlı cinayət əməlini davam etdirərək, 2018-ci ilin noyabr ayında Ağdaş rayonu ərazisində istintaqla müəyyən edilməyən gündə və məkanda qohumu, əvvəllər dəfələrlə məhkum olunmuş, 2019-cu ildə isə vəfat edən Rufan Səmədovla görüşüb. O, görüş zamanı istintaqa məlum olmayan məbləğdə pul verəcəyini Rauf Hüseynovda qorxu yaratmaq məqsədilə qardaşı Ruslan Hüseynovun öldürülməsini Rufan Səmədova sifariş verib.
R.Səmədov 2019-cu ildə Ağdaş rayonu, Qumlax kəndi yaxınlığında İntiqam Hüseynzadə ilə görüşüb və onu cinayətin törədilməsinə cəlb edib. O, eyni zamanda, qohumluq əlaqəsində olduğu Məhəmməd Lətifovla da əlaqə yaradıb və qətlin vaxtı, yeri barədə müzakirə aparıblar. Bundan sonra İntiqamla Məhəmməd Rusiyaya yollanıb. Onlar qətldə istifadə olunan tapançanı da Moskvadan alıblar.

Cinayət əməlinin davamı olaraq, əldə edilən avtomobillə Arxangelsk vilayətinin Nyandoma və Karqopol rayonlarında Ruslan Hüseynovun hərəkət qrafikini və gedib-gəldiyi yerləri dəqiqləşdirməyə başlayıblar. Bundan sonra, Şahin Qasımzadəyə zəng edərək cinayətin icraçısının tapılması üçün kömək istəyiblər. Şahin isə öz növbəsində Belarusun Qomel şəhərində yaşayan, kriminal qruplaşmaların üzvü kimi tanınan Ruslan Tarasovla əlaqəyə çıxıb. Ruslan Tarasova qətlin sifarişi üçün 15 min dollar vəd edilib.

Tarasov isə Hüseynovun hərəkət etdiyi avtomobil yolunda qalıb mövqe tutmağa başlayıb. Daha sonra adaşının gəldiyini görərək, ona yaxınlaşıb və üç dəfə ardıcıl atəş açmaqla onu qətlə yetirib.

Bundan sonra, Ruslan Tarasov Rusiya hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb və o, sifarişlə yerinə yetirdiyi qətlə görə ona vəd edilən pulu ala bilməyib. Onunla yanaşı, İntiqam Hüseynzadə də Rusiyada həbsdədir.

Qeyd edək ki, məhkəmə istintaqı zamanı Ruslan Hüseynovun qardaşı Rauf Hüseynov ifadəsində ilkin olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, onlarla barışdığını bildirib və əlavə olaraq hazırda psixoloji vəziyyəti ilə bağlı müalicə aldığından, baş vermiş hadisələri xatırlamadığını qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 989   Tarix: 15 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr