Həbs olunan şəxslərdən götürülən pullar KİMƏ VERİLİR? - AÇIQLAMA
Şübhəli bilinən yaxud təqsirli bilinən şəxslərin üzərindən götürülən maddi vəsaitlər (narkotik, silah-sursat, pul vəsaitləri) istintaq prosesi üçün dəlil olaraq götürülür. Aparılan araşdırmalar nəticəsində həmin vəsaitlər maddi sübut olaraq məhkəməyə təqdim edilir. Lakin ən çox maraqlandıran suallardan biri maddi sübutların aqibətidir? Bu baxımdan şübhəli yaxud təqsirli bilinən şəxslər üzərindən götürülmüş sübutlar məhkəmədən sonra kimə verilir?
Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Sonxeber.az-a açıqlama verib:
"İlk olaraq bildirim ki, cinayətkarlıqla mübarizə sahəsində dövlətin atdığı addımlar var. Saxlanılan şəxslərdən alınan maddi sübutlar (narkotik, silah-sursat, pul vəsaitləri) cinayətkarlıqla mübarizə çərçivəsində hüquq-mühafizə orqanlarının yaxud bu sahədə fəaliyyət göstərən qurumların atdığı adımların arasında aiddir. Cinayət törətməkdə şübhəli yaxud təqsirli bilinən şəxslərin üzərindən götürülmüş qanunazidd əşyalar ilə bağlı bir sıra tədbirlər görülür. Əgər şəxsin üzərində markotik aşkarlanarsa, qiymətləndirilmə aparıldıqdan bu birmənalı olaraq məhv edilir. Əgər bu sübut silah-sursatdırsa, dövlətin nəzarətinə keçir. Əgər burada külli-miqdarda pul vəsaəitindən söhbət gedirsə, burada bir sıra nüanslar var. Əgər vətəndaşa cinayət nəticəsində zərər dəyirsə, həmin vəsait zərərin ödənilməsinə yönləndirilə bilər. Əgər cinayət nəticəsində vurulmuş zərər yoxdursa, bu halda həmin məbləğ dövlətin nəfinə keçir. Müxtəlif hallarda, bu məqamlara münasibət qoyulur. Amma ümumilikdə götürsək, narkotik vasitələr məhv edilir, silah dövlətin himayəsində olur".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1281 Tarix: 15 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrDövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabr