Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birgə əmlakı müsadirə edilmiş sabiq MTN-çi Səlim Məmmədov və "8-ci kilometr bazarı"nın keçmiş sahibi Çingiz Əsədov da kassasiya şikayəti vermişdilər. Ç.Əsədov "8-ci km bazarı"nın ona qaytarılmasını tələb edib.
Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyətinin son qərarı belə olub ki, A.Çovdarov və S.Məmmədovun əmlaklarının ("8-ci km bazarı" da daxil olmaqla) müsadirəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarı əsaslı sübutlarla təsdiqini tapıb. Qərara əsasən, bütün şikayətlər əsassız sayılaraq rədd edilib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Eyni zamanda, Səlim Məmmədovun da müsadirə edilmiş əmlakları özünə qaytarılıb. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə sözügedən qərarı tamamilə ləğv edib. Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı Çovdarov və Məmmədovun üzərinə həbs qoyulmuş əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Bəyin atası da idarə rəisi işləyib - Foto
Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...
"Yeraltı"nın yayım tarixi bəlli oldu
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL
Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
"Bilik günü"nün havası açıqlandı
Kaliforniyada salmonella epidemiyası qeydə alınıb
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq