Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR: Saxlanılanlar var - VİDEO
Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub.
Bildirilib ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarının axtarışı nəticəsində hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideyinlərinin iştirakı ilə polis şöbəsinə gətirilib. Azyaşlıların valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcək", - deyə məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1787 Tarix: 18 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
Ağstafa Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə evlərin təmiri üçün tikinti materiallarının alınması ilə bağlı müsabiqə elan edib. -in əldə etdiyi məlumata görə, layihə çərçivəsində ağır vəziyyətdə olan evlərin təmir edilməsi və yaşayış şəraitinin yaxşılaşdırılmas
11 martGəncə şəhərinin Baş planı təsdiqləndi
Gəncə şəhərinin Baş planı təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, "Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq olunub
10 martNazirlik əhaliyə XƏBƏRDARLIQ etdi! Bu döyüş sursatları məhv ediləcək
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 10-13 mart tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. xəbər verir ki
10 martPolis həmin "həkim"i saxladı
Bakıda "Bİ ES VİP" estetik klinikasında izdihama səbəb olan özbək "həkim" polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumatı DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya təsdiq ediblər. Qeyd edək ki, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, "Bionuru
11 martBu gecə ehtimal edilən ikinci Qədr gecəsidir
Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən ikinci Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi ramazan ayının 20-dən 21-nə, yəni martın 10-dan 11-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim islam peyğəmbərinə 23 il ərzind
10 mart