Muxtar Babayev: Biz Bakını inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü hesab edirik
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bakıda keçiriləcək növbəti konfransı (COP29) qalıq yanacaqlarından mərhələli şəkildə imtina edilməsinə dair ötənilki uğurlu razılaşmaya əsaslanmalıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Assoited Press" agentliyinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, bu görüş ölkələrə 2025-ci ildə istixana qazı tullantılarını məhdudlaşdırmaq planlarını gücləndirmək üçün bir araya gəlməyə kömək etməlidir:
"Bakı zəngin dövlətlərin qlobal istiləşməyə ciddi təsiri olmayan, lakin iqlim dəyişikliyindən daha çox əziyyət çəkən kasıb ölkələrə maliyyə yardımı gəstərmələri üçün ortaq məxrəcə gəlməyin mümkün olduğu məkandır. Biz Bakını inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında körpü hesab edirik".
COP29-un prezidenti özəl sektoru iqlim dəyişikliyi ilə bağlı maliyyələşdirmə məsələlərinin həllini uzatmamağa çağırıb:
"Tək ümumi məqsəd var: daha təmiz enerji sistemlərinə keçid və istiliyin artması, daşqın, qasırğa, quraqlıq, iqlim dəyişikliyinin dərinləşməsi ilə mübarizə aparmaları üçün dünyanın inkişaf etməkdə olan kəsiminə maliyyə yardımının artırılması. Gündəlikdəki əsas məsələlərdən biri bütün donorlara heç olmasa, inkişaf etməkdə olan dünyanın inkişafına töhfələrini artırmaq təklifinin irəli sürülməsidir. Çünki iqlim dəyişikliyi səbəbindən biz hər gün bütün bu fəsadlarla qarşılaşırıq.
Biz özəl sektoru bu məsələdə daha fəal və məsuliyyətli olmağa, iqlim maliyyələşdirməsinə dair məsələlərin həllini uzatmamağa çağırırıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 899 Tarix: 20 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrNazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabr