Velosiped zolağından niyə piyada keçidi kimi istifadə edirlər? - VİDEO
Bakının bir neçə mərkəzi küçəsində çəkilən velosiped zolaqları sakinlərin və sürücülərin narazılığına səbəb olub.
Bu barədə Baku TV-nin hazırladığı süjetdə məlumat verilib.
Bildirilir ki, Fikrət Əmirov və Xəqani küçələrinin kəsişməsində velosipedlərin rahat şəkildə hərəkəti üçün zolaq çəkilsə də, buradan adətən piyadalar keçirlər.
"Piyadalar səhvən bu velosiped zolağından keçirlər. O gün bir avtomobil vaxtında saxlaya bilməsəydi, qadını vuracaqdı", - deyə sakin söyləyib.
28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində isə üç geniş avtomobil zolağını kəsən velosiped zolağı çəkilib, bir az irəlidə isə piyada keçidi təşkil olunub. Bu da avtomobillərin ard-arda iki dəfə dayanması deməkdir.
"Sürücü piyada keçidində əyləcə basdıqdan sonra hərəkətə davam etmək istəyəndə qarşıdakı velosiped zolağında saxlamalı olur. Piyada keçidi ilə velosiped zolağı yan-yana olsa, sürücülər üçün daha rahat olar", - sürücü narazılıq bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 984 Tarix: 20 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,
13 sentyabr40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı
"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n
14 sentyabrAzərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
"Əlisəttar Atakişiyevin oğlu ilə bu günlərdə qohumlardan biri əlaqə saxlamışdı. Onların arasında telefon danışığı olub. Bilirsiniz ki, Əlisəttar Atakişiyevin filmləri bu gün efirlərdə nümayiş etdirilir və onun adına qonorar yazılır. Kinogildiyadan yığmışdılar ki, qonorarı onun oğluna necə çatdıraq
14 sentyabrYeni tədris ilində neçə nəfər təhsil alacaq?
"2026-2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, onların 124 mini birinci sinifdə təhsilə başlayacaq: "Təhsi
14 sentyabr