Stoltenberq: Ukraynaya yardımın Nümayəndələr Palatasında təsdiqlənməsini alqışlayıram
NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardım haqqında qanun layihəsini təsdiqləməsini alqışlayıb.
"Report" "İnterfaks Ukraina"ya istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti Baş katibin müvafiq şərhini yayıb.
"Bu qanun layihəsinin Nümayəndələr Palatasında təsdiqlənməsini alqışlayıram. Bu, Ukraynaya ikipartiyalı dəstəyin davamlı olduğunu nümayiş etdirir. Yardımın bu əhəmiyyətli artımı avropalı müttəfiqlərin Ukraynaya verdiyi on milyardlarla yardımı tamamlayacaq", – o deyib.
Stoltenberq xatırladıb ki, aprelin 19-da NATO-Ukrayna Şurasının iclasında NATO müdafiə nazirləri Ukraynaya həm də hava hücumundan müdafiə sahəsində əlavə hərbi dəstək verməyə razılaşıblar.
"Mən Senatı tez hərəkətə keçməyə və bu qanun layihəsini Prezident Baydenə göndərməyə çağırıram", – Alyansın başçısı vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 647 Tarix: 21 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021