"Tezliklə Qazaxın 3 kəndi və Kərki də Azərbaycana geri qaytarılacaq" - DEPUTAT
"Qazaxın 4 kəndinin sülh yolu ilə Azərbaycana qaytarılması cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılıq əldə olundu:
"İlk olaraq Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxması və daha sonra Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması cənab prezident İlham Əliyevin uğurlu diplomatiyasının və 2016-cı ilin aprel ayında başlanan möhtəşəm zəfərin davamıdır. 4 kəndin sülh yolu ilə qaytarılması tezliklə Azərbaycan-Ermənistan öarasında dayanıqlı sülhün əldə olunacağın göstəricisidir. Ərazilərimizin sülh yolu ilə qaytarılması Laçın, Kəlbəcər Ağdam rayonları ilə başlad və Qazaxın 4 kəndinin azad olunması ilə davam edir".
Deputat vurğulayıb ki, Qazaxın 4 kəndinin sülh yolu ilə Azərbaycana qaytarılması Ermənistanı silahlandırmaqla regionda vəziyyəti yenidən gərginləşdirmək istəyən qüvvələrin xain planlarının növbəti dəfə iflasa uğraması deməkdir:
"Növbəti mərhələdə Ermənistan tərəfində qalmış Qazaxın 3 kəndinin və Kərkinin azad olunması məsələsi müzakirə ediləcəkdir. Əminəm ki, tezliklə bu 4 kəndin də Azərbaycana qaytarılmasının şahidi olacağıq. Bu gün Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar prosesi ikitərəfli formatda uğurla davam edir. Hesab edirəm ki, kənar müdaxilələr olmadan Azərbaycan-Ermənistan arasında aparılan iktərəfli danışıqlar yaxın zamanda sülh müqaviləsinin imzalanması ilə nəticələncək. Ən önəmlisi isə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana quru yolla gedə biləcəyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1164 Tarix: 22 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrNazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabr