"Azərbaycan-Ermənistan arasında aparılan iktərəfli danışıqlar sülh müqaviləsinin imzalanma prosesini tezləşdirə bilər" - DEPUTAT
"Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması Ermənistanı silahlandırmaqla iki ölkə arasında yenidən müharibə qığılcımlarını yaratmaq istəyən qüvvələrin növbəti xain planını iflasa uğratdı".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, bir güllə belə atmadan Qazaxın 4 kəndinin sülh yolu qaytarılması Müzəffər Ali Baş Komandanın və Azərbaycan Ordusunun növbəti zəfəridir:
"Bu gün Ermənistan yaxşı bilir ki, Azərbaycan heç bir halda öz torpaqlarını güzəştə getməyəcək. Azərbaycanla müharibə etmək Ermənistanın bir ölkə kimi yer üzündən silinməsinə səbəb ola bilər. Ona görə də Ermənistan məsələləri danışıqlar yolu ilə həll etməyə üstünlük verir. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxması və Qazaxın kəndinin Azərbaycana qaytarılması cənab prezident İlham Əliyevin uğurlu diplomatiyasının nəticəsidir".
Deputat vurğulayıb ki, bu gün hər kəsi maraqlandıran sual Qazaxın 3 kəndinin və Kərkinin nə vaxt qaytarılacağıdır:
"Bu gün sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan-Ermənistan arasında aparılan danışıqlar uğurla davam edir. Kənar müdaxilələr olmadan Azərbaycan-Ermənistan arasında aparılan iktərəfli danışıqlar sülh müqaviləsinin imzalanma prosesini tezləşdirə bilər. Sülh müqaviləsinin imzalanmasına və
Zəngəzur dəhlizinin açılmasına maneə törədən qüvvələr öz çirkin niyyətlərinə çata bilməyəcək. Əminəm ki, tezliklə Qazaxın 3 kəndinin və Kərkinin Azərbaycana qaytarılması zəfərini də yaşayacağıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 686 Tarix: 22 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşağın ayağı evdə velosipeddə qaldı - FHN-i çağırdılar - Video
Sumqayıtda azyaşlının ayağı velosipedin pedalı ilə ramasının arasında sıxılıb qalıb. "Qafqazinfo"nun məlumatına görə, yaxınları uşağın ayağını çıxara bilmədikləri üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə müraciət ediblər. Nazirliyin Sumqayıt Regional Mərkəzini
14 sentyabrBu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq
"Tədrisi digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili - dövlət dili kimi" fənninin həftəlik saatı artırılır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırd
14 sentyabr"Müəllimlik ixtisasına qəbul sayı azaldılıb"
"Bu il müəllimlik ixtisasına qəbul sayı 3690 yer azaldılıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, bu tədris ilində ali məktəblərə 76 mindən çox nəfər qəbul olub: "Strategiyanı
14 sentyabr"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"
13 sentyabrMəhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı
14 sentyabr