Dünyanın ən yaxşı kameralı telefonu! Bu tarixdən ölkəmizdə SATIŞA ÇIXACAQ! - FOTOLAR

Dünyanın ən yaxşı kameralı telefonu! Bu tarixdən ölkəmizdə SATIŞA ÇIXACAQ! - FOTOLARSonuncu dəfə dünyanın ən böyük mobil texnologiya sərgisi olan Mobil Dünya Konqresi (MWC 2024) İspaniyanın Barselona şəhərində keçirildi. Əlbəttə ki, bu sərgidə özünəməxsus strategiyası ilə texnologiya həvəskarlarının diqqətini cəlb edən "Honor" texnologiya brendi oldu. MWC 2024-də əldə etdiyi uğurdan sonra, "HONOR" Avrasiya Regionu təmsilçilərinin iştirakı ilə Türkiyənin İstanbul şəhərində möhtəşəm açılış gerçəkləşdi. Türkiyə bazarına daxil olan Honor Magic 6 Pro hazırda mövcud olan ən yüksək səviyyəli smartfonlardan biri kimi diqqət çəkir.

Honor Magic 6 Pro Honor cihazları arasında peyk rabitəsini dəstəkləyən ilk telefon olaraq satışa çıxarılıb. Bu rabitə funksiyası iki istiqamətli işləyir və yalnız SMS mübadiləsinə deyil, həm də zənglərə imkan verir. Honor Magic 6 Pro-nun batareya xüsusiyyətləri də performans olaraq öz zirvəsindədir. Telefonun batareya tutumu 5600 mAh olaraq müəyyən edilib. Bundan əlavə, telefon 90 vatt simli və 66 vatt simsiz sürətli şarj dəstəyi təklif edir.
Dünyanın ən yaxşı kameralı telefonu! Bu tarixdən ölkəmizdə SATIŞA ÇIXACAQ! - FOTOLARTelefonun periskop kamerası 180 meqapiksel təsvir ölçüsünə və 1/1,49 düymlük optik formatlı sensora malikdir. Bu, periskop modulunda istifadə edilən ən böyük sensorlardan biri kimi seçilir. 2,5x optik böyütmə təklif edən bu sensor 100x rəqəmsal böyütməyə də imkan verir. Periskop modulu optik görüntü sabitləşdirmə xüsusiyyətinə malikdir. Üçüncü kamera 50 meqapiksel ayırdetmə qabiliyyətinə malik ultra geniş bucaqlı obyektivlə təchiz edilib. Honor-un süni intellektlə uyğunlaşdırdığı bu telefon modeli brendin həfədlərinin ən möhtəşəm nümunəsidir. Magic 6 Pro-nun ekranına baxaraq avtomobilinizin kilidini uzaqdan açmaq və hətta hərəkət etdirmək mümkün olduğu deyilir. Smartfonda tapılan eksperimental göz izləmə texnologiyası göz hərəkətlərinizi emal edir və sizə hətta avtomobilinizi idarə etməyə imkan verir. Magic6 Pro-nun süni intellekti kamera təcrübəsini də yaxşılaşdırır. Buraya "Falcon Camera System" adlı sistemlə süni intellekt kimi funksiyalar daxildir. Telefonun son iPhone və Samsung modellərindən daha davamlı olduğu da iddia edilir. Magic Capsule və Magic Portal ilə zənginləşdirilmiş HONOR Magic6 Pro istifadəçilərə daha fərdiləşdirilmiş imkanlar təklif edir. Ekranın bannerinə sadə bir toxunuşla Magic Capsule əlavə məlumat və əlaqəli variantları təqdim etmək üçün genişlənir, istifadəçilərə vacib resurslara ani giriş imkanı verir və maksimum məhsuldarlıq üçün çoxsaylı proqramlar arasında naviqasiya ehtiyacını aradan qaldırır. Magic Portal isə istifadəçi mesajlarını və davranışlarını anlamaq üçün süni intellektin gücündən istifadə etməklə mürəkkəb tapşırıqları bir addımlı prosesə çevirir.
Dünyanın ən yaxşı kameralı telefonu! Bu tarixdən ölkəmizdə SATIŞA ÇIXACAQ! - FOTOLARTelefon 6,8 düymlük əyri OLED ekrana və 1,5K təsvir ölçüsünə malikdir. Ekranın pik parlaqlığı 1600 cd/m²-ə çatır və maksimum yerli parlaqlıq səviyyəsi əvvəlki flaqman telefonların parametrlərini üstələyir. Honor Magic6 Pro süni intellekt funksiyalarını Snapdragon 8 Gen 3 prosessoru və ən son Honor MagicOS 8.0 istifadəçi interfeysi ilə birləşdirir. Telefon satışa çıxarıldığı ilk gündən Türkiyədə sınaq cihazı kimi yayılıb və bir çox istifadəçi tərəfindən sınaqdan keçirilib. Telefonun Türkiyədə qiyməti 59 min 999 TL olaraq açıqlanıb. Honor bu qiymətlə digər flaqman modelləri ilə rəqabət aparmağı hədəfləyir. Tədbirdə Honor rəsmiləri brendin inkişaf tempinin digər rəqiblərindən qat-qat yüksək olduğunu və bu templə bazardakı yerini gücləndirməyi hədəflədiyini bildiriblər. Tədbir zamanı iştirakçılara cihazın nanokristal ekran qoruması sayəsində hətta kəskin zərbələrə də davamlı olduğunu göstərən qısametrajlı film də nümayiş etdirilib. Eyni zamanda HONOR Magic6 Pro-nun Türkiyə tanıtım toplantısında peşəkar türk fotoqrafları da cihazın fotoaparat qədər yaxşı olduğunu bildiriblər.

Hər zaman olduğu kimi bu möhtəşəm tədbirdə brendin Azərbaycan nümayəndəliyi yüksək səviyyədə iştirak edib. Bu tədbirdə azərbaycanlı jurnalistlərin iştirakını təşkil etdiyi üçün Honorun Azərbaycan nümayəndəliyindən Nihal bəy və Lamiyə xanıma dərin təşəkkürlərimizi bildiririk. Tədbirin sonunda verilən məlumatlara əsasən, Azərbaycanda HONOR Magic6 Pro aprelin 26-sı satışa çıxacaq.
Dünyanın ən yaxşı kameralı telefonu! Bu tarixdən ölkəmizdə SATIŞA ÇIXACAQ! - FOTOLARDünyanın ən yaxşı kameralı telefonu! Bu tarixdən ölkəmizdə SATIŞA ÇIXACAQ! - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1460   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr