Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilibQərbi Kaspi Universitetinin sabiq sektor müdiri Asim Əliyev əcnəbi tələbələrin təhsilhaqqını mənimsədiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 2022-ci ilin avqustuna kimi Beynəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri işləmiş 32 yaşlı A.Əliyev 22 əcnəbi gəncin pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməkdə təqsirləndirilib.

İttihamda deyilir ki, əcnəbi tələbələrin 2022/2023-cü tədris ilində Qərbi Kaspi Universitetində 10 aylıq hazırlıq kursunda iştirak etməsi üçün təhsil ödənişlərinin toplanması sektor müdiri A.Əliyevə həvalə edilib. O isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Türkiyə, Nigeriya, Pakistan və Hindistan vətəndaşlarının təhsilhaqqı kimi verdikləri ümumilikdə 36 min manatı mənimsəyib.

Qeyd olunan əməllərə görə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Onun haqda ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilibCinayət işi Səbail Rayon Məhkəməsində araşdırılıb. Müttəhim məhkəmədə ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib, özünü təqsirli bilmədiyini deyib. Maraqlıdır ki, özünü təqsirli bilməsə də, A.Əliyev müəyyən edilmiş 36 min manat məbləğində ziyanı tam olaraq Baş Prokurorluğun depozit hesabına ödəyib.

Qərbi Kaspi Universiteti keçmiş əməkdaşlarını istintaqda yazılan məbləğdən çox ziyan vurmaqda ittiham edib. Universitet təqsirləndirilən şəxsdən 70 min manat tələb edib.

İş üzrə şahid qismində dindirilmiş əcnəbilər məhkəmədə müttəhimə pul verdiklərini təsdiq ediblər.

Bütün sübutlar tədqiq edildikdən, tərəflərin çıxışları dinlənildikdən sonra hökm oxunub. Azər Tağıyevin sədrlik etdiyi məhkəmə heyəti dəymiş ziyanın ödənilməsini yüngülləşdirici hal kimi qəbul edib.

Hökmə əsasən, A.Əliyevə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Müttəhimin üzərinə daimi yaşayış yerini hər gün saat 23.00- dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisini tərk etməmək öhdəliyi qoyulub.

Qərbi Kaspi Universitetinin qaldırdığı mülki iddia isə rədd edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 832   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr