Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır

Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

"Qafqazinfo"nun məlumatına görə, təqsirləndirilən vəkil konvoy müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Əvvəlki prosesdə Sümbülə Əliyeva işə baxan hakimlərə etiraz edəcəyini deyib. Bu gün xanım müttəhim etirazını əsaslandırıb. Əliyeva məhkəmə tərkibinə daxil olan iki hakimdən - sədrlik edən Mahmud Ağalarov və yan hakim Samir Əliyevdən narazıdır. Digər hakim Faiq Qəniyevə isə etirazı yoxdur.

Əliyeva etiraz ərizəsində yazıb ki, sözügedən hakimlər onun tərəfindən verilən vəsatətlərin hamısını rədd edir. O vəsatətlər ki, iş üçün əhəmiyyətlidir. Məsələn, əlavə şahidlərin dindirilməsi, sənədlərin toplanması və sair.

Təqsirləndirilən şəxs bunu hüquqlarının pozulması kimi qiymətləndirib:

"İddia olunur ki, 200 min manat mənimsəmişəm. Amma maliyyə sənədləri araşdırılmır. Araşdırma olmadan istintaq yekunlaşdı. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istədi. Bundan sonra mən sarsıldım. Səhhətim pisləşdi. Mənim haqqımda axtarış qərarı çıxarılıb. Xəstəxanada olan adamı axtarışa verərlər? Əgər məqsəd məni cəzalandırmaqdırsa, onda güllənmə cəzası verin".

Əliyevanın vəkili müvəkkilinin etirazının əsaslı olduğunu deyib.

Prokuror Ziya Mansurov müttəhimin ərizəsində hakimlərə etiraz üçün əsaslar olmadığını bildirib:

"Belə başa düşdüm ki, məsələni hakimlərin işdə maraqlı olmasına gətirib çıxarmaq istəyirlər. Amma ərizədə qeyd edilənlər etiraz üçün əsas deyil. Vəsatət rədd edilməlidir".

Hakimlər müşavirədən qayıtdıqdan sonra sübut yetərsizliyi səbəbindən vəsatətin baxılmamış saxlanıldığını elan ediblər.

Qərardan sonda Sümbülə Əliyeva prokuror Ziya Mansurovdan da narazı olduğunu, dövlət ittihamını onun müdafiə etməsini istəmədiyini deyib.

Vəkil Mansurova qarşı etiraz ərizəsi hazırlamaq üçün vaxt istəyib. Bu səbəbdən proses aprelin 25-ə kimi təxirə salınıb.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1171   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr