Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONUYunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazanan ilk qadın şahmatçısı kimi tarixə düşüb.

Lent.az "Bioqrafiya" rubrikasında 3 qat Avropa çempionu Ülviyyə Fətəliyeva barədə məlumat verir.

- Ülviyyə Fətəliyevanın neçə yaşı var?

Ülviyyə Hasil qızı Fətəliyeva 28 yaşındadır.

- Ülviyyə Fətəliyeva harada anadan olub?

Ülviyyə Fətəliyeva 1996-cı il avqustun 3-də Gəncə şəhərində doğulub.

- Ülviyyə Fətəliyevanın hansı idman dərəcəsi var?

Ülviyyə Fətəliyeva beynəlxalq ustadır.

- Ülviyyə Fətəliyevanın Avropa Çempionatında neçə qələbəsi olub?

Ülviyyə Fətəliyevanın 2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub. 2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında da qızıl medal qazanıb. Bu qələbə ilə o 3 qat Azərbaycan çempionu oldu.

- Ülviyyə Fətəliyeva neçənci ildə Azərbaycan çempionu olub?

Ülviyyə Fətəliyeva 2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.

- Ülviyyə Fətəliyevanın başqa hansı göstəriciləri var?

Ülviyyə Fətəliyeva 2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb. Eyni ildə Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medala sahib olub.
2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında 8 xalla bürünc medal alan Ülviyyə Fətəliyeva 2024-cü ildə Yunanıstanda baş tutmuş Avropa çempionatında 8,5 xalla qalib olub. Beləliklə, Avropa çempionatında qızıl medal qazanmış ilk Azərbaycan qadın şahmatçı adını qazanıb.

- Ülviyyə Fətəliyeva başqa hansı yarışlarda iştirak edib?

Ülviyyə Fətəliyeva qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya (2017) və Avropa çempionatlarının (2015, 2017) iştirakçısı olub. Bundan əlavə o, 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparıb.
2022-ci ilin 28 iyul - 9 avqust tarixləri arasında Hindistanın Çennai şəhərində keçirilmiş 44-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində beşinci lövhədə mübarizə aparmış və şəxsi göstəricidə gümüş medal qazanmışdı.

- Ülviyyə Fətəliyeva subaydır?

O şəxsi həyatı barədə suallara cavab verməyi sevmir.

- Ülviyyə Fətəliyeva son qələbəsini necə qiymətləndirir?

"Yarış çox gərgin keçdi. Ondan öncə hazırlıq prosesi də çox gərgin keçmişdi. Tarixi uğura imza atdığımıza görə çox sevinirəm. Bu, çox qürurvericidir", – o bildirib.
Şahmatçı bu nəticəni çoxdan gözlədiyini bildirsə də, məhz bu yarışda gözləntilərini bir kənara qoyaraq, yaxşı şahmat oynamağa kökləndiyini vurğulayıb.

- Ülviyyə Fətəliyeva bu qələbəsini kimə həsr edib?

Ülviyyə Fətəliyeva qələbəsini gənc şahmatçılara həsr etdiyini deyib: "Qələbəmi yeni nəsil şahmatçılara həsr edirəm. Bunun onlar üçün ruhlandırıcı hadisə olmasını istərdim. Onlar öz arzularına, xəyallarına inanmalı, arxasınca getməlidirlər" - deyə şahmat ustası vurğulayıb.

- Bu yarışda iştirak edən idmançıların ustalıq səviyyəsi nə dərəcədə idi?

Komandamızın 10 üzvünün iştirak etdiyi yarışa qatılan zəka sahiblərinin 139-nun beynəlxalq titulu var idi. Kişilər arasında 8-i qrossmeyster olmaqla, 20-dən çox beynəlxalq usta titullu idmançı var idi. Son olimpia¬danın qalibi Ukrayna yığmasının da qa¬tıldığı yarış gərgin mübarizə şəraitində keçdi. Ülviyyə Fətəliyeva bu yarışda fantastik nəticə göstərib.

- Yunanıstanda keçirilmiş çempionatda Ülviyyə Fətəliyevadan başqa hansı idmançılarımız fərqləndi?

Komandamızın digər üzvlərindən Günay Məmmədzadə ötən şahmat olimpiadasının qalibi, ukraynalı Natalya Buksa ilə qara rənglərlə riskə getdi. Rəqib müdafiə olunmağı bacardı. Günay təəssüf ki, mükafatçılar sırasından kənarda qaldı. Gövhər Beydullayeva çox gözəl çıxış etdi. Eyni zamanda, Səbinə İbrahimovanı qeyd etmək istəyirəm. İdmançılarımız arasında ən çox elo reytinqini qaldıran şahmatçı oldu. Ayan Allahverdiyeva da reytinq xalını qaldırdı. Amma onun potensialı qazandığı xaldan qat-qat yüksəkdir. Əminik ki, gələcəkdə Avropa çempionu olacaq. Nərmin Abdinova startı ürəyi istədiyi kimi başlamasa da, hesab edirəm ki, kifayət qədər yaxşı çıxış etdi. 16 yaşlı şahmatçı üçün bu, çox böyük bir məktəbdir.
Beləliklə, Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatında qızıl medal qazanmış Ülviyyə Fətəliyevanın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova yarışda fərqləndiklərinə görə xüsusi mükafata layiq görüldülər.

- Ülviyyə Fətəliyeva qələbəsi ilə Avropaya nəyi sübut etdi?

Bununla azərbaycanlı qızlar intellektual idman növündə Avropada rəqib tanımadıqlarını sübut etdilər. Bu, qadınlarımızın bütün sahələrdə yeni uğurları üçün böyük motivasiya oldu.

- Şahmatçılar necə pul qazanır?

Dünyadakı ölkələrin çoxu beynəlxalq səviyyədə mübarizə aparan şahmatçılarına əmək haqqı vermir. Azərbaycan və Ermənistan öz şahmatçıların əmək haqqı ödəyən nadir ölkələr arasındadır. Ermənistanda dövlətin qroyssmesterlərə 120 ABŞ dolları Azərbaycan Şahmat Federasiyası 2000 manat əmək haqqı verir. Digər şahmatçıların əksəriyyəti üçün əsas sayılan gəlir mənbələrindən biri isə turnirlərdə verilən mükafatlardır.

- Dünya və Avropa şahmat çempionatında qaliblər nə qədər qazanır?

Şahmatçılar fərdi turnirlərlə yanaşı komanda tərkibində də turnirlərdə iştirak edə bilirlər.
Bəzi turnirlər öz nüfuzlarının artırmaq üçün yüksək reytinqli şahmatçıları cəlb etmək məqsədilə onlara, mükafatdan kənar iştirak üçün də ödəniş verirlər. Lakin bu ödənişlərin məbləği adətən açıqlanmır.
Adətən ən böyük pul mükafatı Dünya Çempionu titulu üzrə oyunda verilir.
2016-cı ildə bir daha bu titulu qazanan Magnus Carlsen, ümumi 1,1 milyon ABŞ dollarlıq mükafatın 60 faizinə sahib çıxıb. 40 faizi isə məğlub şahmatçı alıb.

Avropa çempionu 50-100 min manat arasında qazanc əldə edir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1293   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Danimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib

Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/

15 oktyabr
.

Güləşçimizdən DÇ-də gümüş medal

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç

14 oktyabr
.

AFFA 6 komandaya texniki məğlubiyyət verib

AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" - "Offside"

16 oktyabr
.

Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda

20 oktyabr
.

"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır

"Səbail" Futbol Klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq I Liqa təmsilçisindən məlumat verilib. Klubdan bildirilib ki, rəqibləri məhz Quba şəhərində qəbul etmə

23 oktyabr
.

İngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar

İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər

14 oktyabr
.

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı

Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd

22 oktyabr
.

AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib

20 oktyabr
.

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində

22 oktyabr