Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməsi ciddi suallar yaradır.
Bəs vərəsələr arasında razılıq əldə olunmadıqda əmlak hansı qaydada bölünür və qanun hər bir vərəsənin hüquqlarını necə qoruyur?
Mövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli Sonxeber.az-a açıqlamasında bildirdi ki, vərəsəlik hüququ mülki hüququn mühüm institutlarından biri olmaqla, fiziki şəxsin vəfatı ilə ona məxsus əmlak hüquq və vəzifələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada digər şəxslərə keçməsini tənzimləyir. Bu hüquq münasibətlərinin əsas məqsədi miras qoyanın əmlak maraqlarının hüquqi varislik əsasında qorunması, vərəsələrin hüquqlarının təmin edilməsi və mülkiyyət münasibətlərində hüquqi müəyyənliyin yaradılmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Qanun üzrə vərəsəlik miras qoyanın etibarlı vəsiyyətnaməsi olmadığı və ya vəsiyyətnamənin mirasın müəyyən hissəsini əhatə etmədiyi hallarda tətbiq edilir. Bu zaman vərəsələrin dairəsi və onların miras payları qanunvericiliklə müəyyən olunur. Vəsiyyət üzrə vərəsəlikdə isə miras qoyan öz iradəsini vəsiyyətnamə vasitəsilə ifadə edərək əmlakının kimə və hansı nisbətdə keçəcəyini müəyyən edə bilər. Bununla belə, vəsiyyət azadlığı qanunla qorunan məcburi pay hüququ ilə məhdudlaşa bilər.
Əmlak bölgüsü zamanı ilk növbədə miras kütləsinin düzgün müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Burada miras qoyanın şəxsi mülkiyyətində olan əmlakla nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyətin fərqləndirilməsi vacibdir. Belə ki, ər-arvaddan birinin vəfatı avtomatik olaraq nikah dövründə əldə edilmiş bütün əmlakın miras hesab edilməsi demək deyil. Əvvəlcə sağ qalan həyat yoldaşının ümumi əmlakdakı mülkiyyət payı müəyyən edilməli, yalnız miras qoyana məxsus hissə miras kütləsinə daxil edilməlidir. Praktikada vərəsəlik mübahisələri əsasən vəsiyyətnamənin etibarlılığı, məcburi pay hüququ, mirasın qəbulu, vərəsələrin dairəsinin müəyyən edilməsi, əmlakın gizlədilməsi və ümumi mülkiyyət paylarının düzgün hesablanmaması ilə əlaqədar yaranır. Belə hallarda hər bir faktın hüquqi qiymətləndirilməsi, sübutların araşdırılması və müvafiq qanunvericilik normalarının düzgün tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Mənim yanaşmama görə, vərəsəlik və əmlak bölgüsü məsələlərində əsas prinsip yalnız əmlakın bölüşdürülməsi deyil, eyni zamanda bütün maraqlı şəxslərin qanuni hüquq və mənafelərinin balanslaşdırılmış şəkildə qorunmasıdır. Hüquqşünas bu prosesdə yalnız qanunvericiliyi bilən mütəxəssis kimi deyil, həm də mübahisələrin qarşısını alan, hüquqi riskləri əvvəlcədən müəyyən edən və tərəflər üçün qanuni, ədalətli və dayanıqlı həll yolları təklif edən peşəkar kimi çıxış etməlidir. "Vərəsəlik hüququnda peşəkarlıq mənim üçün üç əsas istiqaməti əhatə edir: miras kütləsinin düzgün müəyyənləşdirilməsi, vərəsələrin hüquqlarının qanunvericiliyə uyğun qorunması və əmlak bölgüsünün hüquqi baxımdan əsaslandırılmış şəkildə həyata keçirilməsi. Hesab edirəm ki, bu sahədə düzgün hüquqi mövqe formalaşdırmaq üçün yalnız qanun normalarını bilmək kifayət deyil; mülkiyyət hüququ, ailə hüququ, sübutetmə qaydaları və məhkəmə təcrübəsi arasında sistemli əlaqə qurmaq lazımdır".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi
Sabah hava necə olacaq?