"Şrek"i bu güləşçidən ilhamlanaraq yaradıblar – Div yoxsa nəhəng, qorxulu mələk

"Şrek"i bu güləşçidən ilhamlanaraq yaradıblar – Div yoxsa nəhəng, qorxulu mələk"Şrek" cizgi filmini böyüklər də, kiçiklər də sevərək izləyirlər. Bu ekran işinin baş qəhərmanı deyingən, amma gözəl ürəkli, çirkin divdir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Şrek"in prototipi real həyatda yaşayıb. O, amerikalı professional güləşçi Moris Tiye olub.

"Şrek" obrazının yaradıcısı Villiam Steiqin atası bu güləşçi ilə bir zamanlar tanış olub və onunla şəkil çəkdirib. Steiq Tiyenin qeyri-adi görünüşünü unuda bilməyib. Nəhayət sonralar bir əsərində onu təsvir edib və "Şrek doğulub".

Tiye 14 dildə danışa bilir, gözəl şahmat oynayırdı. Görünüşü hər nə qədər qorxunc idisə, özü bir o qədər mehriban və xeyirxah insan idi.

Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.

Gəncliyində Tiye uğurlu reqbi oyunçusu idi. 1926-da İngiltərə Kralı V Corc adına mükafatı qazanmışdı. Tiye hüquqşünas olmaq istəyirdi. Buna görə Fransada Tuluza Universitetinin Hüquq fakultəsinə qəbul olur. Sonra xəstəliyi ilə əlaqədar olaraq hüquq karyerası yarıda qalır.

"Bəlkə də belə bir üz ilə mən vəkil ola bilərdim, lakin mənim səsim eşşək nəriltisi kimidir. Buna qulaq asmaq sadəcə mümkün deyil. Buna görə mən Fransız Donanmasına getdim"- o, bir müsahibəsində demişdi.

Tiye Universiteti tərk etdikdən sonra 5 il Fransız Donanmasında xidmət edir.

Moris Tiye dindar katolik idi. 1947-ci ildə Roma papası onu görüşünə qəbul edib. İndiyə kimi Roma papası ilə görüşmək şərəfinə nail olmuş yeganə güləşçidir. Anasının sayəsində o, katolik məktəbində təhsil almışdı. Burada o, bir neçə xarici dil də öyrənmişdi. 1942-ci ilin ortalarında Tiye rus, ingilis, fransız, bolqar, litva dillərində səlis danışırdı.

Tiye bir neçə dəfə qeyd edib ki, uşaqlığının çox hissəsini Sankt-Peterburqda keçirib. Çox güman ki o, hardan gəldiyini və uşaqlığını harda keçirdiyini amerikalılara bildirmək istəyirdi. Görünüşü ilə Tiye fəlsəfi və yumoristik idi. Gənclik illərində cəmiyyətə qarışmaqda çətinlik çəkirdi. Vaxt keçdikcə o, mənfi cəhətlərini üstünlüyə çevirməyi bacardı.

"Gəmi heyəti üzvləri məni meymuna oxşadırdılar və mən bundan çox məyus olurdum. Bu kimin xoşuna gələr? Lağa qoyulmaqdan qurtulmaq üçün boş vaxtlarımı sahildə keçirirdim. Orada yaşayan əhali mənim görünüşümdən çox narahat idi", deyə Tiye bildirib.

Maraqlıdır ki, güləşçi kimi onun ləqəbi "Fransalı mələk" olub. Məğlubedilməz güləşçidən sonra bir çoxları özlərinə mələk təxəllüsü götürsələr də, nəhəng mələyi kimsə unutmayıb. Tiye 1950-ci ildə 54 yaşında vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 666   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Onlayn dərslər uşaqların psixi sağlamlığına necə təsir edir? - ÜST AÇIQLADI

COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır. -ın "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə ÜST-ün psixoaktiv maddələ

9 dekabr 2020
.

Gürcüstanda aksiya zamanı hücuma məruz qalan media nümayəndəsi vəfat edib

İyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı hücuma məruz qalaraq yaralanmış media işçisi xəstəxanada vəfat edib. Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, "Pirveli TV"nin operatoru Lesko Laşkarava bir neçə gündür müalicə aldığ

11 iyul 2021
.

Avtomobil kanala aşdı, ölən və yaralananlar var

Ağdaşda avtomobil kanala aşıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, martın 12-də saat 17 radələrində Ağdaş rayonunun Xosrov kəndi ərazisində kənd sakini Z.Əlizadə idarə etdiyi "VAZ-21074" markalı avtomobili kanala aşırıb. Nəticədə avtomobildəki sərnişin F.Xəlilo

13 mart 2021
.

İTV-nin əməkdaşına qarşı sosial şəbəkədə təxribat - FOTO

İTV-nin əməkdaşı Nigar Sabirqızına qarşı sosial şəbəkədə təxribat olub. -ın xəbərinə görə, bu barədə N.Sabirqızı özü məlumat verib. "İnstagramda bəzi səhifələr şəklimdən istifadə edərək guya hansısa məbləğdə pul uduşu qazanmağım və bu barədə İTV-nin efirində məlumat getdiyi ilə bağlı yalan informasiy

4 aprel 2021
.

Ermənilərin iyul təxribatı Rusiya KİV-də

"Azərbaycan XXI əsrin müharibəsinin yeni imkanlarını nümayiş etdirdi". İqor Korotçenko, "Milli müdafiə" jurnalının baş redaktoru . İyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş növbəti erməni təxribatı yavaş-yavaş tarixin arxivinə keçməkdədir

21 avqust 2020
.

Səhiyyə Nazirliyi: Azərbaycanda yoluxma azalıb

"Azərbaycanda tətbiq edilən sərt karantin tədbirləri öz müsbət nəticələrini verib. Hazırda ölkədə yoluxma sayların azalması müşahidə olunur. Lakin tətbiq olunan qaydalara əhali tərəfindən riayət olunmazsa, xəstəliyin yenidən artması baş verə bilər. Bununla əlaqədar olaraq xəstəliyin yayılmasını

1 fevral 2021
.

Bu ölkədə gecə əyləncələri BƏRPA OLUNUR

Rusiya paytaxtının rəhbərliyi bu gündən etibarən iaşə müəssisələrinin, klubların, diskotekaların və digər əyləncə təşkilatlarının gecə işinə qoyulan məhdudiyyəti ləğv edib. Bu barədə Moskva meri Sergey Sobyanin özünün bloqunda məlumat verib. Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, gecə məkanlarını

27 yanvar 2021
.

Njde yox, Pənahəli xan! - "Yandeks" adları dəyişdi

Rusiyanın "Yandex.Maps" axtarış və məlumat kartoqrafik xidməti Şuşa xəritəsini yeniləyərək küçə adlarını erməni dilindən Azərbaycan dilinə dəyişib. Haqqın.az-a istinadən xəbər verir ki, əvvəllər faşist Qaregin Njdenin adını daşıyan küçə hazırda Qarabağ xanlığının əfsanəvi qurucusu Panahəl

21 mart 2021
.

Pakistanda daşqınlar qadının və oğlunun həyatına son qoydu - VİDEO

Pakistanın paytaxtında güclü yağışlar daşqınlarla nəticələnib. Təbii fəlakət qurbanlarla nəticələnib. Bu barədə RT xəbər yayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı iki nəfər həlak olub. Onlar ana-baladırlar. Bildirilir ki, qadın və oğlu qəfil gələn daşqından xilas ola bilməyiblər və öz evlərind

29 iyul 2021