İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad: ARAŞDIRMA - VİDEO

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad: ARAŞDIRMA - VİDEOBaku TV aşiq olduğu kişinin məhəbbətini qoruduğu üçün ürəyini çıxarıb yataq otağında saxlayan, insan dərisindən əşyalar düzəltdiyinə görə "Frau Abajur" ləqəbi alan çoxuşaqlı "Buxenvald ifritəsi" İlza Kox haqqında araşdırma edib. İlza Kox 1906-cı ildə Drezden şəhərində fəhlə ailəsində anadan olub.

Gəncliyində makinaçı, kitabxanaçı, mühasib işləyib. 1932-ci ildə Milli Sosialist Alman Fəhlə Partiyasının üzvü olub. 1934-cü ildə o, gələcək əri Zaksenhauzen düşərgəsinin komendantı Karl Otto Koxla tanış olur. Evləndikdən sonra cütlük Buxenvald konsentrasiya düşərgəsinə köçür, ərinin komendant vəzifəsinə keçməsi İlzaya bütün düşərgənin qadın şöbəsinə nəzarət etmək imkanı verir.

Çox keçmədən məhbuslar ağ atın üstündə dolaşan, qarşısına çıxan hər kəsi vəhşicəsinə qamçı ilə döyən, itlər üçün tikə-tikə edən İlzadan çox qorxmağa başlayırlar. İlza kişi məhbusları saatlarla həyətdə çılpaq saxlayıb dərilərində döymə axtarırdı. Döyməsi olan hər adamı öldürtdürüb dərisinin döymə hissəsini kəsib, müxtəlif əşyalar tikməyə başlayır.

Ən gözəl döymələrdən öz əlləri ilə düzəltdiyi abajurla fəxr etdiyi üçün onu "Frau Abajur" adlandırmağa başlayırlar. İlza insan dərisindən məmulatların istehsalını genişləndirir, onlardan əlcək, çanta, kitab üzlükləri, pul kisələri hazırlamağa başlayır. İlza insanın daxili orqanlarının şəxsi kolleksiyasını yaradır.
Bir gün əsirləri sıraya düzüb döymələrə baxarkən İlza slavyanəsilli hündürboy, yaraşıqlı kişi ilə qarşılaşır. Onu ayrıca otaqda saxlamağı və qidalandırmağı əmr edir. Bir həftəyə özünə gələn əsiri yanına çağırır və ona dəlicəsinə aşiq olduğunu etiraf edir.

Əsir faşistlərə nifrət etdiyini deyir və İlzanın bütün təkliflərini rədd edir. Bundan qəzəblənən İlza əsirin ürəyindən güllələnməsini təşkil edir və içində güllə olan ürəyi xüsusi məhlula yerləşdirərək yataq otağında saxlayır.

Ətraflı süjetdə:


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 831   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlayn dərslər uşaqların psixi sağlamlığına necə təsir edir? - ÜST AÇIQLADI

COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır. -ın "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə ÜST-ün psixoaktiv maddələ

9 dekabr 2020
.

Gürcüstanda aksiya zamanı hücuma məruz qalan media nümayəndəsi vəfat edib

İyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı hücuma məruz qalaraq yaralanmış media işçisi xəstəxanada vəfat edib. Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, "Pirveli TV"nin operatoru Lesko Laşkarava bir neçə gündür müalicə aldığ

11 iyul 2021
.

Avtomobil kanala aşdı, ölən və yaralananlar var

Ağdaşda avtomobil kanala aşıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, martın 12-də saat 17 radələrində Ağdaş rayonunun Xosrov kəndi ərazisində kənd sakini Z.Əlizadə idarə etdiyi "VAZ-21074" markalı avtomobili kanala aşırıb. Nəticədə avtomobildəki sərnişin F.Xəlilo

13 mart 2021
.

İTV-nin əməkdaşına qarşı sosial şəbəkədə təxribat - FOTO

İTV-nin əməkdaşı Nigar Sabirqızına qarşı sosial şəbəkədə təxribat olub. -ın xəbərinə görə, bu barədə N.Sabirqızı özü məlumat verib. "İnstagramda bəzi səhifələr şəklimdən istifadə edərək guya hansısa məbləğdə pul uduşu qazanmağım və bu barədə İTV-nin efirində məlumat getdiyi ilə bağlı yalan informasiy

4 aprel 2021
.

Ermənilərin iyul təxribatı Rusiya KİV-də

"Azərbaycan XXI əsrin müharibəsinin yeni imkanlarını nümayiş etdirdi". İqor Korotçenko, "Milli müdafiə" jurnalının baş redaktoru . İyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş növbəti erməni təxribatı yavaş-yavaş tarixin arxivinə keçməkdədir

21 avqust 2020
.

Səhiyyə Nazirliyi: Azərbaycanda yoluxma azalıb

"Azərbaycanda tətbiq edilən sərt karantin tədbirləri öz müsbət nəticələrini verib. Hazırda ölkədə yoluxma sayların azalması müşahidə olunur. Lakin tətbiq olunan qaydalara əhali tərəfindən riayət olunmazsa, xəstəliyin yenidən artması baş verə bilər. Bununla əlaqədar olaraq xəstəliyin yayılmasını

1 fevral 2021
.

Bu ölkədə gecə əyləncələri BƏRPA OLUNUR

Rusiya paytaxtının rəhbərliyi bu gündən etibarən iaşə müəssisələrinin, klubların, diskotekaların və digər əyləncə təşkilatlarının gecə işinə qoyulan məhdudiyyəti ləğv edib. Bu barədə Moskva meri Sergey Sobyanin özünün bloqunda məlumat verib. Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, gecə məkanlarını

27 yanvar 2021
.

Njde yox, Pənahəli xan! - "Yandeks" adları dəyişdi

Rusiyanın "Yandex.Maps" axtarış və məlumat kartoqrafik xidməti Şuşa xəritəsini yeniləyərək küçə adlarını erməni dilindən Azərbaycan dilinə dəyişib. Haqqın.az-a istinadən xəbər verir ki, əvvəllər faşist Qaregin Njdenin adını daşıyan küçə hazırda Qarabağ xanlığının əfsanəvi qurucusu Panahəl

21 mart 2021
.

Pakistanda daşqınlar qadının və oğlunun həyatına son qoydu - VİDEO

Pakistanın paytaxtında güclü yağışlar daşqınlarla nəticələnib. Təbii fəlakət qurbanlarla nəticələnib. Bu barədə RT xəbər yayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı iki nəfər həlak olub. Onlar ana-baladırlar. Bildirilir ki, qadın və oğlu qəfil gələn daşqından xilas ola bilməyiblər və öz evlərind

29 iyul 2021