"Yaşıl ölkə - 2024" başa çatdı
Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "Yaşıl ölkə 2024" ekoloji avtomobillər yürüş-festivalı uğuqrla həyata keçirildi. Xatırladırıq ki, tədbiri Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə təşkil etdi.
Ekoloji yürüş-festivalın ölkədə elan olunmuş "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində və ölkəmizdə baş tutacaq COP29 Konfransı ərəfəsində həyata keçirilməsinin simvolik mənası var idi. Rəsmi idxalçıların təqdim etdiyi 30-dan çox elektrik və hybrid avtomobillərdən ibarət "karvan" Heydər Əliyev Mərkəzindən start alaraq, şəhərin prospektlərində effektli yürüş etdi. Marşrutun son nöqtəsu isə Lökbatan qəsəbəsində yerləşən Avrasiyanın mərkəzində ən böyük intermodal logistika mərkəzi oldu. Abşeron Logistika Mərkəzi həm də regionun ilk "yaşıl" logistika mərkəzidir. Məhz burada ekoloji avto-festivalın qonaqlarını mərkəzin xidmətləri və imkanlarını əhatə edən maraqlı tanıtım turu, daha sonra ən yeni avtomobillərin təqdimaqtları və əyləncəli proqram gözləyirdi.
Festivalda məktəblilər arasında AADA-nın təşkil etdiyi "Gələcəyin avtomobili" rəsm müsabiqəsinin qalibləri diplomlar və pul mükafatları ilə təltif olundular. Musiqili qonaqlar "Dərviş Band" qrupunun və Ceyhun Səmədovun çıxışları festivalın əhvalına xüsusi rəng qatdı. Tədbirdə elan olundu ki, AADA-nın növbəti aksiyası "Kaspian Motor Şou" sərgisi iyun ayında baş tutacaq.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 651 Tarix: 13 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr