Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMASon zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini, müalicələrin xeyrinin olmadığını qeyd edirlər.

Bununla yanaşı bəzi məktəblərdə qulaqdibi xəstəliyi də yayılıb. Bəzi uşaqlarda qulaqdan boyuna qədər şişkinlik yaranıb.

Bəs görəsən, göy öskürəklə, qulaqdibi xəstəliyi ilə bağlı ölkədə vəziyyət nə yerdədir? Bu xəstəliklər hansı fəsadlar yarada bilər? Bunlardan necə yaxa qurtarmaq olar?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyev qeyd edib ki, valideynlər uşaqlarını peyvənd etmədiyinə görə belə problemlərlə üzləşirlər:

"Göy öskürək bakterial infeksiyadır. Bakteriyalar tərəfindən törədilir. Bunların xüsusi toksinləri var. Xüsusi bakteriyalar var ki, yalnız bu xəstəliyi törədir. Yuxarı tənəffüs yollarından daxil olur, nəfəs borusu və bronxlara yapışır. Toksinlər ifraz edir. Bronxlarda spazm və iltihab, spazm nəticəsində öskürək tutmaları müşahidə edilir.

Uşaq öskürür, göyərir və boğulur. Adi öskürək deyil. Toksinlər sinir sisteminə də təsir edir. Qana da keçir. Baş beyinə təsir göstərir. Qıcolma müşahidə edilə bilər. Qızdırma əsas deyil. Rast gəlinmir. Olsa da yüngül rast gəlinir. Burada əsas problem öskürək tutmalarıdır".

"Əsas problem uşaqların peyvənd olunmamasıdır. Peyvənd vasitəsilə immunitet əmələ gəlir. Peyvənd olunmadıqlarına görə belə problemlə üzləşirlər. Tək göy öskürəkdə deyil. Qızılcada da belə oldu. Alovlanmalar oldu. Səbəb peyvənd olunmamaq idi. Bir peyvəndlə təhlükəli xəstəliklərin qarşısını almış oluruq", - deyə M.Əliyev əlavə edib.

Terapevt Abbas Bağırovun sözlərinə görə, göy öskürək kifayət qədər təhlükəli infeksion xəstəlikdir:

"Göy öskürək yuxarı tənəffüs yollarının iltihabı, spazmatik öskürək ilə müşahidə olunan kəskin infeksion xəstəlikdir. Bu insandan-insana təmas və hava-damcı yolu ilə keçir. Kifayət qədər təhlükəli infeksion xəstəliklər qrupuna aiddir.

Hər il dünyada 600 min nəfər bu xəstəlikdən həyatını itirir. Əsasən uşaqlar arasında daha çox yayılır. Ən çox da 5-7 yaşlı uşaqlar arasında daha çox rast gəlinir. Xəstəlik əsasən payız və qış aylarında müşahidə olunur. 1 yaşına qədər uşaqlarda da təsadüf olunur. Xəstəliyə yoluxmamaq üçün peyvəndlərdən istifadə olunmalıdır. Peyvənd olunanlar xəstəliyi yüngül keçirlər. Spazmatik öskürək tutmaları zəif olur. Peyvənd olunanlarda immunitet yaranır. Təkrar yoluxmaya az rast gəlinir".

A.Bağırov göy öskürəyin əlamətlərini sadalayıb:

"Əlamətləri fit səsi verən xırıltılı tənəffüs, ard-arda öskürmə, qusma, bəlğəm ifrazıdır. Üzün rəngi də göyərir. Üzdə şişkinlik də müşahidə oluna bilər. Özünəməxsus ağırlaşması olur. Əsas ağırlaşma pnevmoniyadır. Pnevmoniyanı da başqa mikroblar törədir. Göy öskürək olanda yuxarı tənəffüs yollarının selikli qişaları zədələnir. Bu zaman başqa infeksiyalar qoşulur və ağırlaşmalar ortaya çıxarır.

Beyin-qan dövranı pozulur, huşun itməsi baş verə bilər. Ağciyərlərdə ciddi proses baş verir. Yuxarı tənəffüs yollarında ağırlaşma olur. Müalicə 2-3 ay çəkir. Öskürək qalmış olur. Müalicə dövründə orqanizm həssas olur. Allergik reaksiyalar müşahidə oluna bilər. Vitamin balansını tənzimləmək lazımdır.

Ümumiyyətlə uşaqlarda öskürmə müxtəlif infeksiyaların bir simptomudur. Əsasən tənəffüs yolları infeksiyasıdır. Həkim öskürəyin yaranma səbəbini müəyyən etməlidir. Digər bakterial infeksiyalar da simptomunu öskürəklə göstərir. Öskürmənin də müxtəlif xarakterləri ortaya çıxmış olur".

Terapevt qulaqdibi xəstəliyindən bəhs edib:

"Qulaqdibi xəstəliyi və ya parotit – viruslar vasitəsilə yayılan kəskin infeksiyalı xəstəlikdir. Qulaqdibi əsasən uşaq və yeniyetmələrdə rast gəlinir. Ağız suyu vəzilərinin şişməsi nəticəsində yaranır. Xəstəlik bir həftə sonra ortaya çıxır. Kişilərdə daha çox rast gəlinir. Üzdə və qulaq ətrafında şişlər olur. Halsızlıq və hərarət verir. Udqunma zamanı ağrılar olur. Qulaqətrafı nahiyədə şişkinlik olur.

Qulaqdibi xəstəliyini keçirən qız və oğlanların gələcəkdə nəsil törətmə qabiliyyətinə ciddi təsiri olur. Bu xəstəliyə yoluxan azyaşlılar ciddi nəzarətə alınmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1277   Tarix: 13 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr